Əbdürrəhman xan() (1545-ci ildən sonra ölüb) —Əbdülkərim xanın yeganə oğlu, 1533-1537-ci illərdə və 1539-1545-ci illərdə Həştərxan xanlığının hakimi.

Həyatı

Əbdürrəhman xan 1533-cü ildə noğayların yardımı ilə Ağgöbək xanı devirib taxta əyləşdi. 1537-ci ildə həmin ordanın səyi ilə taxtdan endirildi. Onun yerinə Dərvişəli xan əyləşdirildi.1539-cu ildə hakimiyyətini qaytardı.

Əbdürrəhman xan 1545-ci ildə noğaylar tərəfindən taxtdan kənarlaşdırıldı. Sonrakı taleyi məlum deyil.

Həmçinin bax

Həştərxan xanlığı Əbdülkərim xan

Kateqoriya:Həştərxan xanları Kateqoriya:XVI əsrdə vəfat edənlər