Yaşma adası — Xəzər dənizində yerləşən, Azərbaycana məxsus olan ada. Dəniz səviyyəsindən -29 metr aşağıda yerləşir. Düzənlik relyefə malikdir. Giləzi Dili burnunda bir qədər aralıda yerləşir. Sahəsi dənizin qalxıb-enməsi ilə əlaqədar dəyişir. Bəzən hətta materikə birləşərək yarımadaya çevrilir. İnzibati cəhətdən Xızı rayonu ərazisinə daxildir.

Faunası Sahil sularında dənizdə yayılmış balıqlara rast gəlinir. Adada çoxlu sayda dəniz quşlarını görmək olur.

İstinadlar

Kateqoriya:Xəzər dənizi adaları Kateqoriya:Azərbaycan adaları Kateqoriya:Azərbaycanın kimsəsiz adaları