Xocalı 613 — Fransa bəstəkarı Pyer Tilloy tərəfindən bəstələnmiş26 février 2013–19:00 pm Église St. John's / Londres (UK) — KHOJALY.613 — Opus 197 musiqi pyesi. Əsər Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmişHuman Rights Watch World Report 1993 — The Former Soviet Union. Martin Tamcke. Koexistenz und Konfrontation: Beiträge zur jüngeren Geschichte und Gegenwartslage der orientalischen Christen . — Hamburg, Germany: LIT Verlag, 2003. — С. 311–312. — 453 с. — ISBN 3825868192. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuşdur.

Tarixi Xocalı 613 musiqi pyesi Pyer Tilloy tərəfindən 2013-cü ildə yazılmış və Qarabağ münaqişəsi zamanı 26 fevral 1992-ci ildə Xocalı şəhərində törədilmiş soyqırım nəticəsində erməni silahlı qüvvələri tərəfindən oldürülmüş 613 dinc sakinin xatirəsinə həsr edilmişdir.

Bəstəkar özü bu əsər haqqında yazır:

Premyerası

Dünya premyerası (Fransa) Xocalı 613 musiqi pyesinin dünya premyerası 21 fevral 2013-cü ildə Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) Fransa təmsilçiliyi tərəfindən Xocalı soyqırımının iyirmi birinci ildönümü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində Parisin Müqəddəs Roş kilsəsində baş tutmuşdur. Konsertdə 350 senator, Fransa Milli Assambleyası üzvləri və musiqi həvəskarları iştirak etmişlər.

Konsert proqramı drijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrının iştirakı ilə baş tutmuşdur. Əsərdə balaban partiyasını musiqiçi Şirzad Fətəliyev, skripka partiyasını isə Nyu-Yorkun Culyard məktəbinin ilk azərbaycanlı məzunu, AAC-nin mədəniyyət məsələləri üzrə məsləhətçisi Səbinə Rakçeyeva ifa etmişdir.

Böyük Britaniyada premyerası Pyer Tilloyon Xocalı 613 musiqi pyesinin Böyük Britaniya premyerası 26 fevral 2013-cü ildə Londonda, Parlament binası yanında yerləşən Müqəddəs Con Smit meydanında, Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunmuş konsert çərçivəsində keçirilmişdir. 500-dən çox lord, parlament üzvləri, diplomatlar və musiqi həvəskarlarının iştirak etdiyi konsert Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunmuşdu. Əsər drijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrının iştirakı ilə ifa edilmişdir.

İfa Əsər skripka, balaban, zərb alətləri və simli alətlər orkestri ilə ifa üçün yazılmışdır. Əsərdə marş və konflikt ritmləri fonunda "Laçın" və "Sarı gəlin" xalq mahnılarının musiqisindən istifadə olunmuşdur.

Maraqlı faktlar Məşhur Böyük Britaniya bəstəkarı Robber Haqill dünya klassik musiqisi haqqında olan saytda Xocalı soyqırımı haqqında nəşr etdirdiyi məqaləsində, fransız bəstəkarı Pyer Tilloyun Xocalı 613 musiqi pyesindən də bəhs etmişdir.

İstinadlar

Mənbə Soyqırımı qurbanlarına rekviyem: Pier Tiloyun "Xocalı 613" əsərinin Britaniya premyerası: [Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən Londonun Müqəddəs Con kilsəsində konsert keçirilib] //Mədəniyyət.- 2013.- 1 mart.- S.5.

Həmçinin bax

Xocalı soyqırımı Birinci Qarabağ müharibəsi incəsənətdə Xocalı rekviyemi

Xarici keçidlər Famous French composer Pierre Thilloy composed classical work "Khojaly 613"

Kateqoriya:Xocalı soyqırımı Kateqoriya:Dini musiqi Kateqoriya:Faciələr Kateqoriya:2013-cü ildə musiqi Kateqoriya:XXI əsr pyesləri