Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki.

Həyatı Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür.

Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır.

Məlik Aram 1746-cı ildə vəfat etmişdir.

Ailəsi

Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı.

Mənbə Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.

İstinadlar

Həmçinin bax Dizaq mahalı Məlik Yeqan Məlik-Yeqanovlar

Kateqoriya:Qarabağ tarixi Kateqoriya:Məlik-Yeqanovlar Kateqoriya:Dizaq məlikləri