Portret fotoqrafiyası — fotoqrafiyanın bir və ya toplu halda insanın özünüifadədən istifadə edərək subyektin əhval-ruhiyyəsini və fərdiliyini nümayiş etdirməsi ilə müşahidə edilən janrlarından biri. Portret sənətinin digər növlərində olduğu kimi fotoqrafiyada da şəklin mərkəzində insan siması əks olunur. Buna baxmayaraq, insanın bütün bədəni ilə arxa fon, eləcə də əsas səciyyəvi məzmun portretin tərkib hissəsini təşkil edə bilər.
Tarixi Dəyəri nisbətən aşağı olan dagerotip, XIX əsrin ortalarında subyekt üçün məhdudlaşdırılmış oturaq vəziyyəti və rəssamlığın portret janrını üstələyərək, portret fotoqrafiyasının ümumi məşhurluğuna gətirib çıxardı.Kreativelens Photography Photo Keywords: studio Bu erkən işlərin üslubu uzun müddət dövrün tələbləri ilə mövcud olmuş rəssamlığın estetikasındakı bəzi texniki problemləri dəf edə bildi. Fiqurlar, adətən, sadə fonların qarşısında yerləşdirilir və güzgülərlə əks olunub-olunmamasından asılı olmayaraq, yuxarı pəncərədən istiqamətləndirilmiş yumşaq işıqla aydınlaşdırılırdılar. Fotoqrafiya avadanlığının imkanları və üsullarının zaman keçdikcə inkişaf etməsi, fotoqraflara təsviri daha qısa vaxt kəsiyində əldə etməyin studiya şəraitində mümkün olmasına imkan yaratdı.
Portretin işıqlandırılması thumb|10 aylıq balaca qızın qış portreti Portret fotoqrafiyasının yaradılması studiya şəraitində təşkil olunursa, fotoqraf subyektin tərkib hissəsi kimi işıqlandırmanı tənzimləyə, işığın istiqamətini və gərginliyini çəkilişə uyğunlaşdıra bilər. Çəkiləcək şəxsin simasını işıqlandırmaq üçün bir çox vasitələrdən istifadə etmək mümkündür. Lakin işıqlandırmanın təsviri asan yarada biləcək bir neçə ümumi planları var.
Üç nöqtəli işıqlandırma İşıqlandırmanın ən əsas planlarından biri üç nöqtəli işıqlandırma adlanır. Bu plan özündə üç və bəzən də dörd işıq quruluşunu əhatə edir. Bu cür işıqlandırma tərzi modelin tamamilə əks olunmasına və onun əsas xüsusiyyətlərini göstərməyə imkan yaradır. Bu sadə plan çərçivəsində qurulan həmin üç əsas işıq quruluşunu aşağıdakılar təşkil edir.Explained lighting schemes, lighting a face An Introduction to Three-Point Lighting by Stephen Niebauer The Standard 3-Point Lighting Technique
Əsas işıq Bəzi hallarda "açar-işıq" olaraq adlandırılan bu işıq quruluşu, adətən, modelin üzünün bir tərəfində mərkəzdən 30 və 60 dərəcədə olmaq şərtilə yerləşdirilir. Qurulduğu zaman gözün səviyyəsindən bir qədər yuxarı istiqamətləndirilməlidir. Əsas işığın qurulmasının məqsədi çəkilən simanın səciyyəvi xüsusiyyətlərini tamaşaçıya təqdim etmək və modelin görünüşünə müəyyən bir forma verməkdir. İşıqlandırmanın ilkin prinsipi olaraq, müvafiq ağ fiqurun təyyarədən çıxması və arxada qalmış təyyarədə müxtəlif qara rəngli hərəkətlərə yol verilməsi kimi nümunələr dəyərləndirilir. Əsas işıqla yaradılmış dərin kölgələri doldurucu işıq vasitəsilə nizamlamaq mümkündür.
Doldurucu işıq thumb|Məşhur fransız yazıçısı Jorj Sandın portreti. 1864-cü il; fotoqraf: Nadar Müasir fotoqrafiyada doldurucu işıq səhnənin təzadlarının nizama salınması istiqamətində istifadə olunur. Bununla yanaşı, demək olar ki, həmişə linza oxunun üstündə yerləşərək, böyük işıq mənbəyi rolunu oynayır (açıq havada fotoqrafiya ilə məşğul olarkən səmanı başın arxasında təsəvvür etmək lazımdır). Əsas işıqla (açar-işıq) nisbətdə doldurucunun daha az miqdarda işıq verdiyini nəzərə alsaq, əlavə olunan işıq səhnədəki kölgələrin dəqiqləşdirilməsinə xidmət edir. Haqqında bəhs edilən bu istiqamətin kölgədaxili fotoqrafik küylərin mövcud olduğu rəqəmsal fotoqrafiyada işlənməsi xüsusilə münasibdir. Bu prosesi məcazi mənada qeyd etmək daha doğru olar: Bu zaman işıq bütün otaq boyunca sıçrayış edərək kölgələri doldurur. Lakin bu o demək deyildir ki, doldurucu işıq əsas (açar) işığa əks istiqamətdə yerləşdirilməlidir. Bu, kölgələri yumşaltmasa da, onları tamamlayır. Əsas işığın doldurucu işığa nisbi gərginliyi "Dayanma" () fərqləndirilməsi baxımından daha asanlıqla müzakirə edilir ("Dayanma" əmri işığın gərginliyini ikiqat artırdığı və ya azaltdığı zaman). Doldurucu işıq üçün işıq gərginliyinin 2 dəfə "Dayanma" ixtisarı portretdə baş və çiyin səthinə atışın ölçü nümunəsini saxlamaq üçün səciyyəvi başlanğıc nöqtəsi ola bilər.
Vurğulayıcı işıq Vurğulayıcı işıq müəyyən bir fiqurun, xüsusilə, digərlərindən fərqləndirilməsi üçün istifadə edilir.Акцент в фотографии. Все способы управления вниманием зрителя Bir qayda olaraq, vurğulayıcı işıq fiquru fondan ayırır. Buna nümunə kimi çərçivə effekti və ya fon işartısı əlavə etmək üçün subyektin saçları üzərində parıltı görünüşü yaradan işığı göstərmək olar. Çəkiliş zamanı eyni zamanda bir neçə vurğulayıcı işığın olması da mümkündür. Başqa misal kimi geniş əhatəli dəb nümayişi zamanı diqqətin məhz modelin əlində tutduğu çantaya yönəldildiyi məqamı qeyd etmək yerinə düşər. Əgər bu işıq növü bölünmə məqsədilə saçların görünüşündə istifadə edilirsə, vurğulayıcı işıq ümumi istifadə zamanı əsas işıqdan daha artıq üstünlüyə malik olmamalıdır. Baxmayaraq ki, fotoqrafiyada heç bir məcburiyyət halı mövcud deyil, lakin buna "Ay işığının öpüşü" və yaxud "İldırım çaxması" nəzər nöqtəsindən yanaşmaq olar. Bütün bu məsələlər əsərin müəllif vurğusunu seçmək üçün çəkilişqabağı nəzərdən keçirilir.
Şişirtmə Şişirtmə öz növbəsində vurğulayıcı işığın ayrıca bir formasını təşkil edir. Əsasən, subyektin kölgə olan tərəfində onun kənarlarının fon işığı ilə çalarlanması effektini almaq üçün istifadə olunur.
thumbnail|right|Rejissor Cozef fon Şternberq bu səhnənin təsvirində aktrisa Marlen Ditrixin fərdi xüsusiyyətlərini daha da qabartmaq üçün kəpənək işıqlandırılmasından istifadə edib, "Şanxay ekspressi" filmindən kadr, Paramount Pictures, 1932-ci il; fotoqraf Don İnqliş.
Kəpənək işıqlandırması Kəpənək işıqlandırması zamanı yalnız iki işıqdan istifadə olunur. Əsas (açar) işıq birbaşa subyektin qarşısında yerləşdirilir. Əsasən fotokameranın üstündə və yaxud azacıq yan tərəfdə quraşdırılır. Onun başlıca işıqlandırma şərtlərindən əsas fərqi nisbətən yuxarıda qurulmasıdır. İkinci işıq isə çərçivə işığı sayılır.What is Butterfly Lighting?
Adətən əksetdirici qurğu çəkilən şəxsin üzündən aşağıda yerləşdirilir. Bu zaman doldurucu işıq öz yerini tutur və kölgələr daha yumşaq şəkil alır.
Bu cür işıqlandırma modelin alın, burun körpücüyü, yanağın yuxarı hissəsinə daha parlaq işıq düşməsi ilə səciyyələnə bilər. Burada burunun aşağı hissəsində tamamilə fərqli kölgə müşahidə olunur ki, bu da kəpənəyin ümumi görünüşünə olduqca yaxınlıq təşkil edir.Lighting Patterns. Primary Lighting Patterns of Classic Portraiture. Butterfly lighting, also known as Paramount lighting Buna görə də bu cür işıqlandırma üsulu öz adını məhz oradan götürüb.
Kəpənək işıqlandırması Hollivudda məşhur portret ustası, fotoqraf Corc Herrellin ən sevimli üsullarından biri idi. Məhz Herrellin fotoqrafiyada göstərdiyi fəaliyyət nəticəsində bu işıqlandırma üsulu əksər hallarda "Yüksək işıqlandırma" adlanır.
Əlavə işıqlandırma Bu cür işıqlandırma növü əsas işıqlandırma planlarının sırasına daxil edilə bilər. Onlar əlavə mühüm məqamları üzə çıxara və yaxud fon yaradılması prosesinə ikinci dərəcəli təsir göstərə bilər.Best Film For Portrait Photography
Fon işıqlandırılması Portretin işıqlandırılma planının əsas hissəsi kimi olmasa da, fiqurun arxasındakı fon üçün xüsusi işıqlandırma da mövcuddur. Fon işıqlandırılması zamanı arxa planda yerləşdirilmiş detallar seçilir, şəfəq effekti müəyyən edilir. Bu zaman subyektin başının arxasındakı fon hissəciyi işıqlandırıla bilər və yaxud açıq rəngli fonu çevirməklə onu işıqla doldurmaq mümkündür.
Digər işıqlandırma avadanlığı Müasir fotoqrafiyada istifadə olunan əksər işıq növlərinin ayrıca işıqsaçan növləri də var. Portret incəsənəti üçün işıqlandırma, bir qayda olaraq, işıq sıçrayışı ilə genişləndirilərək çətirin içəri hissəsindəki qurğunun və ya softboksun köməyilə həyata keçirilir.Lighting Ratios for Small Flash Photography by Bill Hurter. Published by Amherst Media Softboks – parçadan hazırlanmış qutu olub, içərisində qablaşdırılmış şəkildə strob-işıq yerləşir. Onun bir tərəfi işıqkeçirici parçadan hazırlanmışdır. Bu portret üzərində işləyən fotoqrafa daha yumşaq işıqlandırma üçün əlverişli şərait yaradır. Bu qurğu ilə çəkilmiş fotolar, əsasən, sərt işıq verən açıq stroblarla işlənmiş nümunələrin əksinə olaraq, daha keyfiyyətli hesab olunur. Saçlar və fon işıqlandırması üçün nəzərdə tutulan işıqlar adətən geniş yayılmır. Burada səpələnmiş işıqların subyektin digər tərəflərinə doğru nizamlanması daha vacibdir. Keçirici tubuslar, barn-dor, fleq və ya qobo işıqlarının köməyilə, fotoqrafın istəyinə uyğun olaraq, işıqların istiqamətini və mərkəzləşməsini təmin etmək mümkündür.Glossary of Lighting Terms Fon işıqlandırması zamanı, bəzi hallarda, rənglənmiş fon yaratmaq üçün işığın qarşısına qoyulmuş rəngli gellərdən də istifadə olunur.Keating, Patrick. From the Portrait to the Close-Up: Gender and Technology in Still Photography and Hollywood Cinematography page 91, Cinema Journal 45, No. 3, Spring 2006
Pəncərə işıqlı portret yaradıcılığı upright|thumb|right|Yazıçı Zitkala-Şa pəncərə işığı qarşısında kitab oxuyur. Fotoqraf: Gertruda Kezebir Pəncərələrdən portret üçün işıq mənbəyi olaraq, əksər onilliklər ərzində geniş istifadə edilmişdir. Onlar süni işıq mənbələri aşkara çıxarılmamışdan əvvəl çox əlverişli idi. Artur Hemmondun sözlərinə görə, həm peşəkar, həm də həvəskar fotoqraflara portreti işıqlandırmaq üçün yalnız iki vasitə lazımdır: pəncərə və əksetdirici.Hammond, Arthur. "Pictorial Composition in Photography" Baxmayaraq ki, pəncərə işığı süni işıqla müqayisədə fotoqrafiyanın imkanlarını məhdudlaşdırır, lakin bu, həvəskar fotoqraflar üçün tamamilə əlverişli şərait yaradır. Sifətin qaranlıq tərəfini işıqlandırmaq üçün nəzərdə tutulmuş ağ əksetdirici ziddiyyət təşkil edir. Burada ştativdən istifadə etmək şərtilə, fotoobyektivin hərəkəti normal sürətdən daha asta da ola bilər, lakin işıqlandırma cəzbedici dərəcədə yumşaq və zəngin olacaq.Keating, Patrick. "From the Portrait to the Close-Up: Gender and Technology in Still Photography and Hollywood Cinematography", page 91, Cinema Journal 45, No. 3, Spring 2006, trinity.edu
Portretdə pəncərə işığından istifadə üçün ən əlverişli vaxt günün erkən və axşama doğru olan saatları hesab olunur. Həmin vaxtlarda pəncərədəki işıq daha intensiv görünür. Pərdələr, əksetdiricilər və intensivliyi azaldan qoruyucular daha yumşaq işıq əldə etmək üçün istifadə olunur.An explanation of hard and soft light and its usage in photography , additional text. Pəncərə və eynəklər, eyni zamanda, daha parlaq işıqlandırma üçün vasitə rolunu oynaya bilər. Bəzi hallarda rəngli şüşələrdə filtrlər və xəyali məkanlar portretin arzu olunan rəngli effektini əldə etmək üçün istifadə oluna bilər. Pəncərə işıqlı portretlərdə kölgə kompozisiyası və yumşaq işıq əla nəticə verərək, süni işıqla yaradılmış portretlərdən seçilir.
Arzu edilən effekti əldə etmək üçün pəncərə işığından istifadə etməklə, fotokameranın yerləşməsi dəyişikliyə məruz qala bilər. Məsələn, fotokameranın subyektin arxasında yerləşdirilməsi insan siluetini əks etdirə bilər.Silhouette artist , accessed November 2, 2008. Subyektlə həmhüdudluluq kölgə ilə yumşaq işığın ahəngdarlığına gətirib çıxarır. Subyektin zahiri görünüşü baxımından eyni işıq mənbəyinin nəzər nöqtəsi ilə az kölgəli, əsas və həlledici effektlər də yaradıla bilər.
Portret çəkilişinin üslubları Portret çəkilişi üçün bir çox müxtəlif üsullar mövcuddur. Adətən çəkilən şəxsin gözlərini tutmaq və sifətin kəskin fokusda olması arzuolunandır. Bu, digər daha az vacib olan elementlərin yumşaq fokusla verilməsinə gətirib çıxarır. Digər hallarda fərdi xüsusiyyətlərə malik olan portretlərdə əllər, gözlər və ya bədənin hər hansı digər vacib hissəsi kompozisiyanın mərkəzində ola bilər.9 FUNDAMENTAL STYLES OF PORTRAIT PHOTOGRAPHY. Article By Sasha Gitin