Qrehem-Bell — Frans-İosif Torpağı arxipelaqının ucqar şərqində, Barens dənizində, Avropanın şimalında yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Sahəsi 1,7 min km² təşkil edir.
Ada 1899-cu ildə amerikalı meteoroloq İvlin Briqqs Bolduin tərəfindən kəşf edilmiş və Aleksandr Qreyam Bellin şərəfinə adlandırılmışdır.
Ən hündür nöqtəsi 509 metrdir.
Ən iri gölləri — Melkoe, Şimal gölü.
Ən ucqar nöqtələri— Aerosyomki burnu, qərb — Semerıx burnu, şərq Olni burnu, şimal Kolzat burnu, cənub Leyter burnu.
Qərbində Matuseviç köfəzi, şərqində isə İlistaya buxtası yerləşir.
Ən yaxın adaları — Perlamutovıy və Tryoxluçevoy. Qərbində yerləşən Vilçek Torpağından Morqan boğazı ilə ayrılır.
İstinadlar
Mənbə Arktikanın təmizliyinə başlanıldı — RTR xəbərləri Qrehem-Bell buz aerodromu
Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Arxangelsk vilayəti adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları