200px|thumbnail|right|Ploşko 1903-cü ildə Aşağıdakı siyahıda memar və mülki mühəndis İosif Ploşkonun əsərləri göstərilmişdir. Ploşko 1866-cı ildə Varşavada polyak ailəsində doğulmuşdur. O, əvvəlcə Peterburq İmperator İncəsənət Akademiyasına daxil olmuş, sonradan isə I Nikolay adına Mülki Mühəndislər İnstitutunda təhsilini davam etdirmişdir.Şamil Fətullayev-Bakı memarları, XIX əsrinsonu-XX əsrin əvvəllərində, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh.69 İnstitutu qurtardıqdan sonra o, Kiyev şəhərinə göndərilmiş, oradan isə iş imkanlarının daha çox olduğu, həmçinin kifayət qədər tanış həmvətən memarların da fəaliyyət göstərdiyi Bakıya gəlmişdir. Dini və ictimai binalar istisna olmaqla, Bakıda Ploşkonun layihələndirib inşa etdiyi on yeddi yaşayış binasının olması məlumdur.

Memarın müəllifi olduğu binalardan ikisi dövrümüzə çatmamışdır. Onlardan biri memarın özünün də vəfat etdiyi 1931-ci ildə sökülmüş Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi, digər abidə isə Atlantlı ev kimi tanınan binadır. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir.

Binalar

İctimai binalar № Bina Ünvan Qısa təsvir Şəkil Koordinantları 1 Yanğın komandasının binası 17px| Bakı, Bülbül küçəsi, 89 1899–1900-cü illərdə İ. K. Ploşko tərəfindən inşa edilmişdir. Şəhərin tarixi mərkəzinin strukturuna ayrılmaz şəkildə daxil olmuş mülki binalardan biridir. Həcm və məkan kompozisiyası, arxitektur kütlənin yeni məzmunda gözəl izahı, səmərəli istifadə edilmiş formalar binanın xüsusi diqqət çəkməsini təmin edir. 2 Muxtarov məscidi 17px| Vladiqafqaz, Koçoyeva küçəsi, 62 Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində 1900–1908-ci illərdə Bakı milyonçularından Murtuza Muxtarovun sifarişi ilə inşa edilmişdir. Məscidin tikintisində layihə müəllifi İosif Ploşko qotik üslubundan istifadə etmişdir. Məscidin girəcəyi qot tağı (neştərəbənzər) ilə bəzədilmişdir. İki yaruslu, azan üçün eyvanı ola qoşa simmetrik minarələr girişin hər iki tərəfindən ucalmışdır. Minarələr və günbəz qızılı çubuqlar üzərində aypara ilə tamamlanır. Minarələrin hündürlüyü 33 m-dir. Məscid daxilində döşəmədən günbəzə qədər hündürlük 16.5 m-dir. Layihə zamanı Misirin paytaxtı Qahirə şəhərindəki Əl-Əzhər (970–972) və digər məscidlərin ornamentlərindən istifadə etmişdir. Tikinti zamanı istifadə olunan əhəng daşı Bakı ətrafındakı karxanalaradan aparılmışdır.Şimali Osetiya Sosial Tədqiqat Mərkəzi, Rusiya Elmlər Akademiyasının Sosial və Siyasi Araşdırmalar İnstitutu Старый Владикавказ. Историко-этнологическое исследование Bəzək və rəssamlıq əsasən də Х-XII əsr Qahirə məscidlərini xatırladır. Dekorasiyasında ərəb əlifbası ilə Qurani-Kərimdən ayələr işlənmişdir. İki minarəsi və bir günbəzi olan məscidin giriş qapısı şimala tərəfdir.Muxtarov Məscidi-Республика Северная Осетия-Алания . 147px| 3 Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi 17px| Bakı, Azərbaycan prospekti və Rəşid Behbudov küçələrinin kəsişməsi. 1909-cu ildə Bakının xristian əhalisi üçün İ. K. Ploşkonun layihəsi əsasında qotik memarlıq üslubunda inşa edilmiş Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi katolik kilsəsinin ümumi memarlığı ciddi olsa da, memar kompozisiya və dekorativ üsullardan istifadə edərək böyük ifadəliliyə nail olmuşdur. Kilsənin plastikaya malik ikiqülləli kompozisiyası olan baş fasadı da məhz belə traktə olunur. Kostyolun memar tərəfindən yaxşı işlənmiş silueti pilləli şəkildə tərtib olunmuş dik enişli taxtapuş xətti ilə müəyyənləşdirilmişdir. Taxtapuşun maili xətt üzrə çıxan şaquli tilləri, həmçinin yonulmuş açıq üslublu qüllələr və dam örtüyü krabbalarla bəzədilmişdi. Fasadın aşağı hissəsi ciddi plastik cizgilərlə işlənmiş, ümumi kompozisiyaya birgə daxil edilmiş portal və pəncərələr isə incə qızılgül naxışları ilə nəzərə çatdırılmışdı. Qızılgül naxışlarına simmetrik olaraq fasadda xristian müqəddəslərinin heykəlləri yerləşdirilmişdi. 1931-ci ildə dinə qarşı kompaniya çərçivəsində Bibiheybət məscidi və Aleksandr Nevski kafedralı ilə yanaşı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi də dağıdılmışdır. Hazırda kilsənin yerində Bakı Bələdiyyə Teatrının binası yerləşir. 147px| 4 Azərbaycan Dövlət Kukla Teatrının binası 17px| Bakı, Neftçilər prospekti, 36 Azərbaycan Dövlət Kukla Teatrının binası 1908–1910-cu illərdə "Fenomen" sinematoqrafının binası kimi inşa edilmişdir. İri ionik pilyastrlarla işlənmiş hündür stilobat (sütunlar üçün özül) üzərində duran və balyustradalı attika ilə tamamlanan baş fasad Dənizkənarı bulvar ərazisində təntənəli görüntü yaradırKukla Teatrının drondan çəkilişi , video, Polşa Respublikasının Bakıdakı Səfirliyi. Cinahlarda olan iki qüllə ümumi tikintinin siluetini canlandıraraq Bakının əksər binalarının memarlığı üçün ənənəvi olan kompozisiya üsullarını müəyyən dərəcədə davam etdirir ki, bu da şəhər tikintisinin fərdi memarlıq tamlığına xidmət edir. Baş fasadın mərkəzi hissəsi bir qədər irəli çıxaraq yarımdairə tağla açıq geniş pilləkənlərin apardığı giriş portalını nəzərə çatdırmışdır. Fasadın kompozisiyasının təmtəraqlılığı künc divar oyuqlarında heykəllər vasitəsilə daha da gücləndirilmişdir. Bina on il ərzində sinematoqraf və kazino kimi fəaliyyət göstərmişdir. 1921-ci ildə Zivər bəy Əhmədbəyovun layihəsi üzrə yenidən qurulduqdan sonra "Satiraqit" fəhlə teatrının binası kimi sitifadə edilməyə başlanmışdır. Daha sonra bina Kukla teatrının istifadəsinə verilmişdir.Bakı qəzeti, 1969, № 124 147px| 5 Hacı Sultanəli məscidi 17px| Bakı, Murtuza Muxtarov küçəsi, 75 (Salatın Əsgərova küçəsinin kəsişməsi) Hacı Sultanəli məscidi 1910-cu ildə dövrünün xeyriyyəçi və zəngin adamlarından olan Hacı Sultanəlinin sifarişi ilə inşa edilib. Məscid iki mərtəbədən ibarətdir. Üst mərtəbədə qadınların, aşağı mərtəbə isə kişilərin namaz qılması üçün nəzərdə tutulub. Dördbucaqlı formaya malik olan məscidin bir gümbəzi və bir minarəsi var. Ancaq nədənsə minarənin tikintisi tam başa çatmamış qalıb. Hazırda məscidin qarşısında olan minarə sonradan tikilib.Məscidlərimizin tarixindən – Hacı Sultanəli məscidi (Bakı) , gun.az, İstifadə tarixi:27 mart 2016 147px| 6 İsmailiyyə Sarayı 17px| Bakı, İstiqlaliyyət küçəsi, 10 1908–1913-cü illərdə Musa Nağıyev tərəfindən, oğlu İsmayılın şərəfinə Qotik üslubda inşa etdirilmişdir. Saray ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı kimi istifadə olunsa da, hal-hazırda AMEA-nın Rəyasət Heyətinin binası kimi istifadə edilir. Venesiya qotikasıШ. С. Фатуллаев. Жилые дома в застройке городов Азербайджана на рубеже XIX–XX веков. — Баку: Издательство Академии наук Азербайджанской ССР, 1963. — С. 63. — 117 с.Так, одному из способнейших зодчих города И. Плошко, обладающему большим вкусом, незаурядным мастерством, принадлежат и общественные сооружения. Он построил здание "Исмаилия" в стиле венецианской готики…Моника Булай. Пальмы на проспекте нефтяников // Новая Польша : журнал. — 2004. — № 6. — С. 47.Светлая венецианская готика — Исмаилия, которую называли "архитектурной симфонией", — стала шедевром другого польского архитектора, Плошко. üslubunda tikilmiş İsmailiyyə sarayının fasadı çox plastikdir və yaxşı işlənmişdir. Fasadın memarlıq kompozisiyasının inkişafı şaquli xətt üzrə yan rizalitlər şəklində ardıcıl səciyyəvi xüsusiyyətə malikdir. İ. Ploşko öz yaradıcılığında bu üsula tez-tez müraciət etmişdir. Fasadın hədsiz dərəcədə plastik işlənməsi ona xüsusi gözəllik və rövnəq qatır. Burada təsadüfi memarlıq üsul və formaları müşahidə olunmur. Həcmli kütlələr fasadın ümumi memarlıq kompozisiyası ilə ahəng təşkil edən üfüqi və şaquli hissələrin itiliyi – bütün bunlar klassik qanunauyğunluğa əsaslanır.Şamil Fətullayev-Bakı memarları, XIX əsrinsonu-XX əsrin əvvəllərində, Bakı, Azərbaycan Memarlar İttifaqı, 2013, səh. 73–78 147px| 7 Yeni Avropa otelinin binası 17px| Bakı, Hacı Zeynalabdin Tağıyev küçəsi, 13 Bina Musa Nağıyevin sifarişi ilə 1910–1913-cü illərdə modern üslubda inşa edilib. Otel binası 4 lift, sanitar-texniki avadanlıqlar, buxar isidiciləri, gizli elektrik şəbəkəsi ilə təchiz edilmişdir. Binanın əsas konstruksiyası kimi burada dəmir-betondan geniş istifadə olunmuşdur. Liftlər olan hissə və pilləkən qəfəsinin önündə geniş künc vestibül yerləşir. Yastı damın üstündə estradasılı (çıxış etmək üçün səhnə) yay restoranı üçün məkan yerləşir. Otaqlar dəhlizlərin hər iki tərəfində düzülüb. Binanın həcmi — eyvanların plastikası və şaquli erekerlərin ahəngi sayəsində uğurlu memarlıq həllini tapmışdır. Birinci mərtəbənin yarımpərgar şəkilli yastı taxçaları və yonulmamış daşla hörülmüş kürəciklər müəllifin order sisteminə olan meylini büruzə verir. Lakin, bu binada sənətkarım memarlığa tamamilə yeni yanaşması, konstruksiya həllinin daha rasional axtarışını görmək mümkündür. 147px|

Mülki binalar