Aleksandr Qriqoriyeviç Tumanski (; ) — Rusiyalı şərqşünas, tərcüməçi, general-mayor.

Həyatı Aleksandr Qriqoriyeviç Tumanski məşhur tumanskilər soyundandır. O, 23 sentyabr 1861-ci ildə anadan olmuşdu. 1888–1891-ci illərdə Rusiya imperiyası ordusunun zabiti olmuşdu. Şərq dilləri kursunda Ərəb, Fars və Türk dillərini öyrənmişdi. Bunlardan başqa onbir dildə danışmağı bacarırdı.

Aleksandr Tumanski 1891–1895-ci illərdə Mərkəzi Asiyada xidmət etmişdi. 1894-cü ildə Qacarlar dövlətində rabitə əlaqələrini öyrənmişdi. 1900–1905-ci illərdə Osmanlı imperiyasının Van vilayətində baş konsul vəzifəsində çalışmışdı. 1908 və 1909-cu illərdə yenidən Məmləkəti-məhrusəyi-Qacariyyəyə baş çəkmişdi.

Aleksandr Tumanski 1911-ci ildə Tiflisdə Cənubi Qafqaz ordusunun baş qərargahı yanında zabitlər üçün Şərq dilləri üzrə kurs təşkil etmişdi.İ. Y. Kraçkovski qeyd edirdi ki, A. Q. Tumanski nadir şərqşünaslardan biridir.

Aleksandr Tumanski 1917-ci ildə general-mayor rütbəsində ordudan tərxis olundu. Oktyabr inqilabından sonra Rusiyanı tərk edib, İstanbulda yerləşdi.

Aleksandr Tumanski 1 dekabr 1920-ci ildə İstanbulda vəfat etdi.

Ədəbiyyat The Encyclopædia Iranica, TUMANSKIǏ (Toumansky), Aleksandr Grigor’evich И. Ю. Крачковский, "А. Г. Туманский" [некролог], ‘Новый Восток‘, блокнот 1, Москва и Петроград, 1922, стр. 112. Худуд аль-алам: рукописи Туманского, введение и содержание В. В. Бартольда, Ленинград, 1930 (факсимиле. издание). Hudüd al-‘Ālam: ‘The Regions of the World,’ A Persian Geography 372 A. H.—982 A. D., ed. and tr. V. Minorsky, London, 1937; Н. А. Кузнецова "К истории изучения Бабизма и Бахаизма в России, Иранский сборник 6, Москва, 1963 г., стр. 90–91 Hudüd al-‘Ālam: ‘The Regions of the World,’ A Persian Geography 372 A. H.—982 A. D., 2nd ed. pref. V. V. Barthold, ed. C. E. Bosworth, London, 1970. Идем (Рай), Иран в период революции XIX века, 1983 г., стр. 199–231. Дж. Дорри, "Proceedings of a Seminar on Nabil-i-A‘zam-i-Zarandi" Wienacht, Switzerland, 1996, pp. 125–50. (‘Труды Семинаров о Набиль-и-Азам-и-Заранди’, Wienacht, Швейцария, 1996 г., стр. 125–150.) Абу‘ль-хази Бахадор Хан, Родословная Туркмен (Генеалогическое древо туркменского народа), перевод А. Г. Туманского, Ашхабад, 1897 г. М. К. Басханов, "Русские военные востоковеды до 1917 года: библиографический словарь", Москва, 2005, стр. 242–243.

İstinadlar

Kateqoriya:Şərqşünaslar Kateqoriya:Rusiya şərqşünasları