Tallin Universiteti ( – TLÜ) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin üç ən qabaqcıl ali təhsil ocaqlarından biridir.

Tarixi Tallin Universiteti 18 mart 2005-ci ildə bir sıra ali məktəb və araşdırma institutunun birləşməsi nəticəsində yaradılmışdır. Həmin qurumlar bunlar idi: Estoniya Akademik Kitabxanası (1946); Baltik Film və Media Məktəbi (1992/1997); Estoniya Humanitar İnstitutu (1988); Tarix İnstitutu (1946); Tallin Pedaqoji Universiteti (1919/1952/1992).

Hazırda ölkənin ən sürətli böyüyən universiteti olmaqla sosial elmlər və bəşəri elmlərdə yüksək, fənn və təbiət elmlərində isə sürətlə inkişaf edən ali məktəbdir.

Strukturu Məktəblər Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbi Rəqəmsal Texnologiyalar Məktəbi Təhsil Elmləri Məktəbi İdarəetmə, Hüquq və Cəmiyyət Məktəbi Humanitar Məktəb Təbii Elmləri və Səhiyyə Məktəbi

Kolleclər Haapsalu Kolleci Rakvere Kolleci

Kitabxanası Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası 1946-cı ilin aprel ayında Estoniya SSR Elmlər Akademiyasının Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlamışdır. 2003-cü ildən milli kitabxana statusu daşımışdır. Əsas kitabxanası 2005-ci ildən – Tallin Universitetinin yaradılmasından sonra belə adlanır: Tallin Universitetinin Akademik KitabxanasıTallinna Ülikooli Akadeemiline Raamatukogu . tlulib.ee .

Kitabxana fondu 2,5 milyon nüsxədən ibarətdir. Ən qədim kolleksiyası XVI əsrə aiddir.

Kampusları Tallin Universitetinin əsas kampus binalarına latınca adlar verilmişdir: Terra (); Nova (); Mare (); Astra (); Silva (); Ursa ().

Rəhbərlik Universitetin ilk rektoru Mati Heydmets olmuşdur. 2011-ci ilin fevral ayında bu vəzifəyə Tiyt Land seçilmişdir.

Şəkilləri

Həmçinin bax

Estoniyada ali təhsil

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Estoniya universitetləri Kateqoriya:18 martda yarananlar Kateqoriya:2005-ci ildə yarananlar Kateqoriya:Tallində təhsil