Yad əllərdə: Kindertransport hekayələri () — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film.
Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir.
Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
İstinadlar
Xarici keçidlər
Yad əllərdə: Kindertransport hekayələri Allmovie saytında
Həmçinin bax
Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Ən yaxşı sənədli filmə görə Oskar mükafatı alan filmlər Kateqoriya:Tammetrajlı sənədli filmlər Kateqoriya:Kindertransport əməliyyatı Kateqoriya:2000-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ sənədli filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:İngilis dilli sənədli filmlər Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Böyük Britaniya filmləri