300px|thumb|right|2005-ci ildə Tbilisidə etnik təmizləmənin 12-ci ildönümü münasibətilə keçirilmiş sərgi: Qalereyaya gəlmiş yaşlı qadınlardan biri sərgilənən fotoda ölmüş oğlunu tanıyır. Abxaziyada gürcülərə qarşı etnik təmizləmə1994 və 1999-cu illərdə ATƏT tərəfindən 1992–1993-cü illərdə gürcülərə qarşı Abxaziya ərazisində etnik təmizləmənin həyata keçirilməsini təsdiq edən Budapeşt və Cenevrə bəyannamələri qəbul edilmişdir.The Guns of August 2008, Russia's War in Georgia, Svante Cornell & Frederick Starr, p 27Anatol Lieven, "Victorious Abkhazian Army Settles Old Scores in An Orgy of Looting, The Times, 4 October 1993In Georgia, Tales of Atrocities Lee Hockstander, International Herald Tribune, 22 October 1993The Human Rights Field Operation: Law, Theory and Practice, Abkhazia Case, Michael O'FlahertyThe Politics of Religion in Russia and the New States of Eurasia, Michael Bourdeaux, p. 237–238Managing Conflict in the Former Soviet Union: Russian and American Perspectives, Alekseĭ Georgievich Arbatov, p. 388On Ruins of Empire: Ethnicity and Nationalism in the Former Soviet Union Georgiy I. Mirsky, p. 72Freedom in the World: The Annual Survey of Political Rights and Civil Liberties by Roger Kaplan, p 564Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Caucasus, p 174, Abxaziyada gürcü qırğınıChervonnaia, Svetlana Mikhailovna. Conflict in the Caucasus: Georgia, Abkhazia, and the Russian Shadow. Gothic Image Publications, 1994.Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Soviet Union, Svante E. Cornell və ya Abxaziyada gürcülərə qarşı soyqırımı () (əsasən gürcü mənbələrində)Tamaz Nadareishvili, Conspiracy Against Georgia, Tbilisi, 2002 — 1992–1993-cü illərdə Gürcü-abxaz münaqişəsi zamanı və 1998-ci ildə Abxaz separatçıları və onların tərəfdarları (ehtimal edilir ki, Rusiyadan olan könüllülərCornell Svante. Autonomy and Conflict: Ethnoterritoriality and Separatism in South Caucasus-Cases in Georgia, p 181Goltz Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet (United States: M. E. Sharpe 2006), p 133Chervonnaia Svetlana. Conflict in the Caucasus: Georgia, Abkhazia, and the Russian Shadow, p 59) tərəfindən Abxaziya ərazisində yaşayan gürcülərə qarşı törədilmiş etnik təmizləməHuman Rights Watch Helsinki, Vol 7, No 7, March 1995, p 230, qırğınCrossroads and Conflict: Security and Foreign Policy in the Caucasus and Central Asia, Gary K. Bertsch, Page 161 və məcburi köçürmə prosesi. Hadisələr zamanı ermənilər, yunanlar, ruslar və mötədil abxazlar da öldürülmüşdür.Conflict in the Caucasus: Georgia, Abkhazia, and the Russian Shadow by S. A. Chervonnaia and Svetlana Mikhailovna Chervonnaia, pp 12–13 Prosesin nəticəsi olaraq 200.000–250.000 arası mülki gürcü əhali məcburi köçkün vəziyyətinə düşmüşdür.Abkhazia Today. The International Crisis Group. Europe Report N°176 – 15 September 2006, page 23. Free registration needed to view full report

Gürcülərə qarşı etnik təmizləmə və qırğınlar törədilməsi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1994, 1996 və 1997-ci illərdə Budapeşt, Lissabon və İstanbul şəhərlərində keçirilmiş sammitlərində rəsmi olaraq təsdiqlənmiş, münaqişə zamanı hərbi cinayətlərin törədilməsi qeyd edilmişdir.Resolution of the OSCE Budapest Summit , Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, 1994–12-06 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş A/RES/62/249 qətnaməsində "etnik təmizləmə qurbanları da daxil olmaqla Gürcüstanın Abxaziya bölgəsindən olan bütün qaçqınlar və məcburi köçkünlərin öz torpaqlarına geri dönmə haqqının qorunması" xüsusi qeyd edilir, həmçinin "bütün BMT-yə üzv dövlətlər öz vətəndaşlarını Gürcüstanın Abxaziya bölgəsində mülk əldə etməkdən çəkindirməyə" çağırılır. BMT Təhlükəsizlik Şurası ərazidə atəşkəsə çağıran bir neçə qətnamə qəbul etmişdir.Commonwealth and Independence in Post-Soviet Eurasia Commonwealth and Independence in Post-Soviet Eurasia by Bruno Coppieters, Alekseĭ Zverev, Dmitriĭ Trenin, p 61

Arxa plan 1992–93-cü illər Abxaziya müharibəsindən əvvəl ərazidə əhalinin təxminən yarısını gürcülər, beşdə birini isə abxazlar təşkil edirdilər. Bunun əksinə 1926-cı ildə iki xalq təxminən balanslaşdırılmış saya malik idi, yerdə qalan əhali isə ruslar, ermənilər və yunanlardan təşkil olunmuşdu. Genişmiqyaslı gürcü və erməni köçləri tədricən bu xalqların sayının dəfələrlə artmasına səbəb olsa da, 1989-cu ilin nəticələrinə görə abxaz əhalinin sayı heç iki dəfə də artmamışdı: gürcü əhalinin sayı dörd dəfə artaraq 67,494-dən 239,872-ə çatmış, erməni əhalinin sayı iki dəfə artmış, rus əhalinin sayı isə altı dəfə artmışdı.Population censuses in Abkhazia: 1886, 1926, 1939, 1959, 1970, 1979, 1989, 2003

Abxaziyada hərbi münaqişə 300px|thumb|right|Gürcüstanda Abxaziyadan olan qaçqınların məskunlaşdığı qaçqın düşərgələrindən biri.

1992-ci ildə Abxaziyada siyasi vəziyyət Gürcüstan hökuməti və Abxaz separatçıları arasında hərbu münaqişə səviyyəsinə çatdı. Müharibə qızışdı, Gürcüstanın Daxili İşlər və Müdafiə Nazirlikləri polis birliklərinin köməyi ilə Suxumi şəhərini ələ keçirdi və Qudauta şəhərinə yaxınlaşdı. Suxumidə gürcülər tərəfindən həyata keçirilmiş siyasət, çoxsaylı abxaz məcburi köçkünlərinin yaranmasına gətirib çıxardı və buna görə də silahlı abxaz hərbi birləşmələri öz evlərini yenidən ələ keçirməyə qərar verdilər.Human Rights Watch report. Georgia/Abkhazia: Violations of the Laws of War and Russia's Role in the Conflict , page 23. Published in March, 1995 Lakin müharibənin gedişində əraziləri ələ keçirmiş abxaz separatçıları da gürcülərin etnik siyasətini təkrarlamışlar, 250.000-ə qədər gürcü əhali öz evlərindən köçməyə məcbur edilmişdir. Rusiyanın ehtimal edilən köməyi sayəsində abxazlar yeni silahlı birləşmələr formalaşdırmağa və Şimali Qafqazdan könüllü dəstələri toplamağa nail olmuşlar. Siyasi analitik Georgi Mirskiyə görə, Qudautadakı Rusiya hərbi bazası "Abxaziya tərəfinin silahlar və hərbi ehtiyatlarla təmin edildiyi əsas mənbə olmuşdur."Georgiy Mirsky. On Ruins of Empire: Ethnicity and Nationalism in the Former Soviet Union, (United States: Greenwood Press 1997), p 73 Bundan başqa o əlavə edir ki, "düzdür, bunu sübut edəcək heç bir mənbə yoxdur, lakin tanklar, raketlər, haubitsalar və digər ağır hərbi texnikanın separatçılar tərəfindən düşmən qüvvələrdən ələ keçirilməsini düşünmək də sadəlövlük olardı." Gürcülərə qarşı döyüşən hərbi birləşməyə Şimali Qafqaz xalqlarının firqəsi, Şamil Basayevin "Boz qurd" çeçen birləşməsi, "Baqramyan" erməni batalyonu, kazaklar, Dnestryanıdan olan döyüşçülər və müxtəlif rus xüsusi xidmət təmsilçiləri daxil idi.Goltz Thomas. Georgia Diary: A Chronicle of War and Political Chaos in the Post-Soviet (United States: M. E. Sharpe 2006), 133The War in Abkhazia (1993 Russian Forces Ethnic Cleansing Campaign) by Svante E. CornellAllah's Mountains: The Battle for Chechnya, by Sebastian Smith, p 102Oil and Geopolitics in the Caspian Sea Region, by Michael P. Croissant, Bülent Ara, p 279Russian Foreign Policy and the CIS: Theories, Debates and Actions by Nicole J. Jackson, p 122 Politoloq Bruno Koppiters qeyd edir ki, "BMT-də bəzi inisiativlər əldə edən qərb dövlətləri, silahlı qüvvələrinin münaqişədə aktiv iştirakının dayandırılması üçün rəsmi Moskvaya müraciət etdilər. BMT Təhlükəsizlik Şurası münaqişə zonasında atəşkəsə çağıran və Abxaziya tərəfinin etnik təmizləmə siyasətini pisləyən bir neçə qətnamə qəbul etmişdir."

Minlərlə öz evini tərk etmək istəməyən gürcü əhali ilə qarşılaşan separatçılar, Abxaziyada gürcü əhalinin sayını azaltmaq üçün etnik təmizləməyə start verildi.US State Department, Country Reports on Human Rights Practices for 1993, February 1994, pp. 120 Etnik təmizləmə zamanı nə qədər insanın öldürülməsi mübahisəli olsa da, bu rəqəmin 8.000–10.000 nəfər arasında dəyişdiyi, həmçinin bu rəqəmə 1998-ci ildə separatçıların Qali rayonu hücumu zamanı öldürülən mülki vətəndaşların daxil olmadığı bilinir.Chervonnaia, Svetlana Mikhailovna. Conflict in the Caucasus: Georgia, Abkhazia, and the Russian Shadow., p 10 Təxminən 200.000–250.000 arası gürcü öz evlərini tərk etməyə məcbur edilmişdir. Etnik təmizləmə kompaniyası rus, erməni, yunan, mötədil abxazlar və Abxaziya ərazisində yaşayan digər azsaylı xalqlara da aid edilmişdir. Abxaziya ərazisində gürcülərə məxsus olmuş 20.000-dən çox şəxsi ev və mülk dağıdılmışdır. Yüzlərlə məktəb, uşaq bağçası, kilsə, xəstəxana və tarixi abidələr talan edilmiş və dağıdılmışdır.

1994-cü ildə ABŞ Dövlət Departamentinin hesabatında Abxaziyada gürcülərə qarşı həyata keçirilmiş insan hüquqlarının pozulması halları təsvir edilmiş, "Human Rights Watch" təşkilatı isə şəxsi müşahidələrinə əsasən bu cür pozuntulardan bəhs etmişdir. ABŞ Dövlət Departamentinin hesabatında deyilir:

Müharibənin başa çatmasından sonra Gürcüstan hökuməti, BMT, ATƏT və gürcü qaçqınlar münaqişə zamanı abxaz separatçıları tərəfindən törədilmiş soyqırım, etnik təmizləmə və deportasiya hadisələrinə dair faktları toplamağa başlamışlar. 1994-cü ildə və təkrarən 1996-cı ildə Budapeşt sammiti zamanı ATƏT Abxaziya ərazisində gürcülərə qarşı etnik təmizləmənin həyata keçirildiyini bildirmiş və "münaqişə zamanı hərbi cinayət törədənlərin cəzalandırılma"lı olduğunu vurğulamışdır.ATƏT-in Budapeşt sammitinin qətnaməsindən, 6 dekabr, 1994

2006-cı ilin martında Haaqa Hərbi Cinayətlər Tribunalı Gercüstan tərəfinin göndərdiyi bütün sənədlərə baxılacağını elan etdi. Geniş həcmli tədqiqatlardan sonra tribunal Abxaziyada gürcülərə qarşı törədilmiş etnik təmizləmə, müharibə cinayətləri və terrorla bağlı iddialara məhkəmə qaydasında baxılacağını və dinləmələr keçiriləcəyini bəyan etdi.The conflict in Abkhazia: dilemmas in Russian 'peacekeeping' policy, Lynch, Dov, pp 36–37Challenges to peacebuilding : managing spoilers during conflict resolution Newman Edward, p 282

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından Ketrin Deyl qeyd edir:

Etnik təmizləmə faktları (1992–1993)

Qaqranın işğalı 3 sentyabr 1992-ci ildə Rusiyanın vasitəçiliyi ilə Gürcüstan və abxaz separatçıları arasında, gürcü silahlı qüvvələrini Qaqra şəhərini boşaltmağa məcbur edən anlaşma imzalandı. Bu anlaşma Qudautada qrarlaşmış abxaz separatçılarının şəhərə hücumuna şərait yaratdı. Tezliklə Şavnabada, Avaza və Ağ qartal batalyonları (tanklar və ağır texnika ilə birgə) da daxil olmaqla gürcü silahlı qüvvələri şəhəri tərk etdi. Yalnız kiçik silahlı qüvvələr (Qaqradan olan gürcülərdən təşkil edilmiş könüllü dəstələri) şəhərdə qaldı. Lakin, 1 oktyabrda abxaz tərəfi anlaşmanı pozaraq Qaqra üzərinə geniş ölçülü hücum əməliyyatına başladı. Yaxşı təşkil edilmiş hücum əsasən çeçen (Şamil Basayevin rəhbərliyi altında) və Şimali Qafqaz silahlıları tərəfindən gerçəkləşdirilmişdir. Kiçik gürcü hərbi birləşmələri əvvəlcə Qaqranın ətraf ərazilərinə (Leselidze və Kolxida) nəzarəti itirmiş, 1 oktyabrda isə şəhər mərkəzində tamamilə məhv edilmişdir. Şəhərin işğal edilməsindən sonra burada yaşayan gürcü əhali işğalçılar və onların tərəfdarlarının əklinə keçmişdir. İlk genişmiqyaslı qırğın və etnik təmizləmə məhz Qaqranın işğalı zamanı həyata keçirilmişdir.Human Rights Watch Report, First draft made in December 1993 and submitted to Helsinki office.

Müxtəlif yaşlarda olan insanlar Qaqra, Leselidze və Kolxidadan qovularaq öldürülmüşdür. Separatçı qüvvələrin şəhərə girməsindən sonra mülki əhaliyə qarşı kütləvi qırğınlara başlanılmışdır. Əsas hədəf isə gənclər və uşaqlar olmuşdur. Şahidlərdən birinin xatirəsində deyilir: