Qoşaqışlaq — Azərbaycan Respublikasının Bakı iqtisadi rayonunun Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş kənd, hal hazırda Zirə qəsəbəsinin hissəsidir. Toponimikası Keçmiş kəndin digər adı Aşağıqışlaq idi. Kənd salındığı ərazinin (Qoşaqışlaq) adını daşıyırdı. Bu ərazidə əvvəllar Bakı kəndlərinə məxsus qışlaq yeri idi.
Coğrafiyası Keçmiş Qoşaqışlaq kəndinin ərazisi Abşeron yarımadasında yerləşir.
Tarixi 1977-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsünə görə, Qoşaqışlaq kəndi Bakı şəhərinin Əzizbəyov (hal hazırda Xəzər) rayonunun Zirə qəsəbə Sovetinin tərkibində idi.
8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qoşaqışlaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Keçmiş kəndin ərazisi hal hazırda Zirə qəsəbəsinin hissəsidir.
Coğrafiyası və iqlimi
Əhalisi
İqtisadiyyatı 2022-ci ildə məlumat verilmişdi ki, Qoşaqışlaq ərazisində əkinçiliyə yararsız, sərt qayalıqlı 787 hektar torpaq sahəsində təmizlənmə işləri aparılmış, həmin ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər sortlardan ibarət zeytun bağları salınmışdı.
Təhsil
Ərazidə 60 yerlik 2 saylı uşaq bağçası fəaliyyət göstərir.
Ərazidə 200 nəfərlik şagird tutumu olan 122 nömrəli orta məktəb fəaliyyət göstərirdi, 2026-cı ildə məktəbi bağlanacağına dair planlaşdırıkdığına məlumat paylaşılmışdı.
Səhiyyə
Din
Qalereya
Mədəniyyəti və tarixi abidələri Keçmiş Qoşaqışlaq kəndi kurqanlar, mağaralar, quyular, tağ evlər kimi abidələr ilə zəngin ərazidir.
Keçmiş Qoşaqışlaq kəndi və daş karxanası arasında e.ə. III-II minilliklərə aid kurqanlar var. Keçmiş Qoşaqışlaq kəndində e.ə. III minilliyə aid yaşayış yeri var. Keçmiş Qoşaqışlaq kəndindən 3 km şərqdə XVI—XVII əsrlərə aid Kaftala yaşayış yeri var.
Ərazinin şimalında, Dübəndi tərəfdə, Erkən Tunc dövrünə aid, e.ə. III-cü minilliyə aid olan, sahəsi təxminə 2 hektarı əhatə edən “Qoçaqışlaq yaşayış yeri” var. Orada bir neçə daş hasarı var, və ehtimal olunur ki, onlar heyvanların saxlanılması üçün idi. Daşların üzərində heyvan təsvirləri var. Yaxınlıqda qədim daş yolların qalıqları mövcuddur.
Qalereya
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Xəzər rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:2000-ci ildə ləğv olunan yaşayış məntəqələri