Outbreak Company və ya tam adı ilə — İçiro Sakaki tərəfindən yazılan, Yuuqen tərəfindən çəkilən ranobe seriyası. 2011-ci ilin dekabrından bu yana Kodansha tərəfindən 18 cildi işıq üzü görmüşdür. Kiri Kaciya tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 2012-ci ildən 2014-cü ilə kimi nəşr olunmuşdur. Anime adaptasiyası 2013-cü ilin oktyabrından dekabrına qədər yayımlanmışdır.

Məzmun Kano Şiniçi uşaqlıq dostuna qarşı bəslədiyi məhəbəttin qəmgin sonluqla başa çatmasından sonra otaku olan gənc oğlandır. Bir gün internetdə gəzərkən bir şirkətin otaku axtardığını görür və bütün testi bitirərək işə qəbul olunur. Amma Şiniçi bunun sadə bir iş olmadığını öyrənir, belə ki, iş Yaponiyada deyil, paralel dünyadadır. Yaponiya hökuməti bir gün təsadüfən bu paralel dünyaya keçid verən bir çat kəşf etmiş və bu çatdan həmin dünyaya keçərək oranın əhalisi ilə dostluq münasibətləri qurmuşdur. Şiniçinin vəzifəsi otaku mədəniyyətini bu ölkədə yaymaq vvə işlədiyi şirkətin buradan gəlir əldə etməsi üçün şərait yaratmaqdır. Şiniçinin bu qəribə işi və yeni dünya onun həyatında dönüş nöqtəsi olur. Amma əslində işlər o qədər sadə deyildir.

Dünya Hadisələrin çox böyük hissəsi paralel dünyada baş verir. Burada insanlar, elflər, kərtənkələ adamlar, əjdahalar kimi mistik varlıqlar yaşayırlar. Müxtəlif dillərdə danışanların bir-birilərini başa düşməsi üçün sehrli üzüklərdən istifadə olunur. Paralel dünyada Yaponiya hökumətinin dostlaşdığı və Şiniçinin fəaliyyət göstərdiyi ölkə Müqəddəs Eldant İmperiyasıdır. Müqəddəs İmperiyasının monarxı 16 yaşlı Petralkadır. Müqəddəs Elkiya İmperiyasının şərqində Bahailm Krallığı yerləşir. Bahailm Krallığının Müqəddəs Eldant İmperiyası ilə arası pis olduğundan tez-tez casuslarını göndərir.

Personajlar Əsas personajlar

Franşizin baş qəhrəmanıdır. Şiniçi Kano hikikomoridir, tənha həyat tərzi keçirir. Həyat tərzindən qurtulmaq üçün iş axtarmağa başlayır və bir şirkətin testindən keçə bilir. Bundan sonra Müqəddəs Eldant İmperiyasında otaku mədəniyyətini yaymağa başlayır. Şiniçi otaku fanatıdır, eləcə də, dürüst və səmimi adamdır.

Myusel Şiniçinin Müqəddəs Eldant İmperiyasındakı qulluqçusudur. O, yarı elf, yarı insandır və buna görə də Eldant İmperiyasında ona həqarətlə yanaşırlar. Lakin Şiniçi onun bu xüsusiyyətini nəzərə almadan Myusel ilə dostlaşır və ona yapon dilini öyrədir. Onun dostyanə davranışına cavab olaraq Myusel Şiniçiyə aşiq olur və onun ən yaxın dəstəkçisinə çevrilir. Myusel Eldant ordusunda təlim gördüyündən həm də güclü sehrbazdır.

Balaca uşaq görkəminə baxmayaraq 16 yaşı var və Eldant İmperiyasının monarxıdır. Petralka Şiniçi ilə qarşılaşandan sonra ona yaxınlaşır və Şiniçinin ona manqa oxuması üçün mütəmadi olaraq onu ziyarət etməyə başlayır. Nəticədə, Petralkanın Şiniçiyə qarşı bəslədiyi hislər dərinləşir. Petralka Şiniçiyə olan yaxınlığına görə Myuseli qısqanır və Myuselə öyrətdiyi kimi Şiniçidən ona yapon dilini öyrətməsini istəyir.

Digər personajlar

Yaponiya Özünü Müdafiə Qüvvələrinin üzvüdür. Şiniçiyə Eldant İmperiyasında otaku mədəniyyətini yaymaqda kömək edir. Minori də otakudur, lakin o fucoşidir, yəni kişilər arasındakı sevgi münasibətlərindən bəhs edən anime və manqaları sevir. Ən böyük fentezisi Şiniçini Qarius ilə birlikdə təsəvvür etməkdir.

Elbiya qurd adamdır. İlk olaraq onun Bahailm Krallığının casusu hesab edilir. Elbiyanın Şiniçiyə qarşı hisləri vardır. Şiniçinin şəxsi rəssamıdır.

Şiniçiyə otaku mədəniyyətini Müqəddəs Eldant İmperiyasında yaymaq vəzifəsini verən Yaponiya hökumətinin nümayandəsidir.

Petralkanın xalaoğlusu və cəngavəridir. Petralka və Qariusun ailələri uzun müddət taxt-tac uğrunda vuruşmuşdurlar və mübarizə qarşılıqlı ölümlərlə başa çatmışdır və uşaq olmasına baxmayaraq taxt-tacı Petralkaya buraxmışdır. Minorinin təsiri ilə Qarius oğlanlar arasındakı sevgidən bəhs edən manqalara maraq göstərməyə və Şiniçi ilə maraqlanmağa başlayır.

Media Ranobe "Outbreak Company" ranobe seriyası İçiro Sakaki tərəfindən yazılır və Yuuqen tərəfindən çəkilir. Ranobe seriyasının ilk romanı 2 dekabr 2011-ci ildə Kodansha nəşriyyatı tərəfindən Kodansha Ranobe Bunko imprinti altında nəşr olunmuşdur. 2 avqust 2017-ci ilə qədər isə 18 cildi çapdan çıxmışdır. Ranobe seriyası Sharp Point Press tərəfindən Tayvanda nəşr olunur.

Manqa Kiri Kaciyanın illüstratorluğu ilə istehsal olunan manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 7 noyabr 2012-ci ildən 7 noyabr 2014-cü ilə kimi nəşr olunmuşdur. İlk tankobon cildi 2 sentyabr 2013-cü ildə çap olunmuşdur. 7 yanvar 2015-cü ilə qədər 4 tankobon cildi işıq üzü görmüşdür.

Anime Feel studiyası tərəfindən Key Oykavanın rejissorluğu ilə çəkilmiş anime adaptasiyası 3 oktyabr 2013-cü ildən 19 dekabr 2013-cü ilə kimi TBS, daha sonra MBS, CBC, BS-TBS kanallarında göstərilmişdir. Şimali Amerikada animeni Crunchyroll yayımlamışdır. Açılış mahnısı Suzuko Mimori tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı isə May Fuçiqami tərəfindən ifa olunan mahnısıdır. Sentai Filmworks anime serialını yayımlamaq hüququ əldə etmiş, onu 3 mart 2015-ci ildə Blu-ray və DVD formatlarında buraxmışdır.

Seriya siyahısı № Başlıq Yayım tarixi

Qəbul Anime adaptasiyası Akiba Souken tərəfindən 2016-cı ildə keçirilən sorğuda isə ən yaxşı 7-ci "hadisələri alternativ dünyada baş verən" anime seçilmişdir (81 səs).

İstinadlar

Xarici keçidlər Outbreak Company, Kodansha Anime serialının rəsmi saytı

Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2013-cü ilin anime serialları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:2011-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Feel Kateqoriya:İçiro Sakaki Kateqoriya:Kodansha manqaları Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Seynen manqaları Kateqoriya:Sentai Filmworks Kateqoriya:Sharp Point Press komiks başlıqları Kateqoriya:Tokyo Broadcasting System verilişləri Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:J-Novel Club Kateqoriya:Fentezi teleserialları Kateqoriya:İsekay anime və manqaları