Ghost — 2008-ci ildə İsveçdə yaradılan metal qrupu.

"Ghost" (ABŞ adı ilə Ghost B. C.) 2008-ci ildə İsveçin Linköping şəhərində qurulmuş Qremmi mükafatlı heavy/doom metal qrupudur. 2010-cu ildə 3 mahnıdan ibarət demo ilə birlikdə "Elizabeth" adlı sinql və çıxış (ilk) albomları olan Opus Eponymous'u yayımlamışdır. Həmin il İsveçin Grammis mükafatlarına namizəd göstərilən albom müsbət rəylər almış və qrupun məşhurluğunu daha da artırmışdır. Infestissumam adlı ikinci albomlarını 2013-cü ildə yayımlayan qrup İsveç çartlarında zirvədə yer almış və sözügedən albom ilə həmin il İsveçin Grammis mükafatlarının Ən Yaxşı Hard Rock/Metal kateqoriyasını qazanmışdır. Qrup 2015-ildə artıq sayca üçüncü olan Meliora albomunu yayımlamış və bu albomdan olan Cirice sinqlı ilə "58-ci Qremmi Mükafatları"nda Ən Yaxşı Metal performansını qazanmışdır.

Ghost səhnədə teatrikal və artistik performansları ilə tanınmaqdadır. Qrup 6 üzvdən ibarətdir və üzvlərdən yalnız biri fərqli görünüşü ilə anti-Papa personajına malik Papa Emeritus ləqəbli vokalistdir. Digər 5 üzv isə Nameless Ghouls (Adsız Pis Ruhlar) adlanır və pentaqramdakı (5 guşəli ulduz) 5 elementi təmsil edir və pentaqrama görə hava, od, su, torpaq və ruh elementləri ilə bir-birindən seçilirlər. Qrup bu vaxta qədər heç bir müsahibə, konsert və digər qatıldığı yerlərdə maskalarını çıxartmamış və özləri haqda heç bir məlumat verməmişdir. Üzvlərin kim olduqları haqda bir çox şaiyələr gəzsə də bunlar heç biri öz təsdiqini tapmamışdır. Müsahibələrin birində Nameless Ghouls'ların birindən kim olduqları haqda verilən sualda isə verdiyi cavab bu olmuşdur: "Əgər necə göründüyümüz sizin üçün bu qədər önəmlidirsə, deməli, mühüm məqamı qaçırıbsınızdır." Ghost indiyə qədər 3 dəfə solist dəyişdirmişdir və solistlər ard-arda olaraq Papa Emeritus I, II və III adlandırılmışdır. Amma buna baxmayaraq əksəriyyət 3 vokalistin də məhz eyni adam olduğunu durmadan dilə gətirməkdədir.

Üzvlər Nameless Ghoul — Bas Gitara Nameless Ghoul — Zərb Alətləri Nameless Ghoul — Solo Gitara Nameless Ghoul — Ritm Gitara Nameless Ghoul — Sintezator Tobias Forge — Vokal (2008-ci ildən)

Diskoqrafiya Demolar 2010 – Demo 2010 Albomlar 2010 – Opus Eponymous 2013 – Infestissumam 2015 – Meliora 2018 – Prequelle 2022 – Impera 2025 – Skeletá EP-lər 2013 – If You Have Ghost 2016 – Popestar Sinqllar 2010 – "Elizabeth" 2012 – "Secular Haze" 2013 – "Year Zero" 2015 – "Cirice" 2015 – "He Is" (promosingel) 2015 – "From the Pinnacle to the Pit" 2015 – "Majesty" 2016 – "Square Hammer"

Kateqoriya:İsveç metal musiqi qrupları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:2006-cı ildə yaranan musiqi qrupları Kateqoriya:2008-ci ildə yaranan musiqi qrupları