Turab Süleyman oğlu Məmmədov () — Sosialist Əməyi Qəhrəmanı.Azərbaycan Sovet Ensiklopediyası. VI cild. Bakı, 1982

Həyatı Turab Süleyman oğlu Məmmədov 1910 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir. Böyük Vətən müharibəsi iştirakçısıdır. 1932-1963 illərdə Ağdamın Telman adına kolxozunda kolxozçu, briqadir, sədri vəzifəsində çalışmışdır.

Turab Məmmədova 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 2 dəfə Lenin ordeni, medallarla təltif edilmişdir.

Turab Məmmədov Ümumdünya sülh tərəfdaşları konqresində (Moskva, 1949) iştirak etmişdir. Azərbaycan Kommunist Partiyasının XVIII, XIX, XXII, XXIV qurultaylarının nümayəndəsi olmuşdur.

Turab Məmmədov 1986-cı ildə Ağdamda vəfat etmişdir.Tofiq SEYİDZADƏ. Qaradağlı kəndi qəhrəmanlar məskənidir. 2017

İstinadlar

Həmçinin bax Ağdamın Qaradağlı kəndi

Kateqoriya:Ağdam rayonunda doğulanlar Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:SSRİ aqronomları