Oleq Vladimiroviç Losev () — elektrik birləşmələri sahəsindəki mühüm kəşfləri ilə tanınan rusiyalı alim və ixtiraçı An English translation M. A. Novikov (January 2004) "Oleg Vladimirovich Losev: Pioneer of Semiconductor Electronics," Physics of the Solid State, vol. 46, no. 1, page 1-4 is on the Springer archive
O, heç vaxt formal təhsilini tamamlaya bilməsə də, yarımkeçiricilərdə ilk tədqiqatlarının bəzilərini keçirib. Onun kəşflərinə görə 43 elmi məqalə nəşr edilib və o, 16 "müəlliflik şəhadətnaməsi" (patentlərin sovet variantı) alıb. Losev silisium karbidin kontakt birləşmələrində işıq şüalanmasının olduğunu qeyd edib. Bu işıq diodları üzərində ilk tədqiqat olub. Bu tədqiqatlar elektrolüminessensiya kimi praktiki tətbiqlərdə onların istifadə olunması və işıq diodlarının necə işləməsinin ilk düzgün nəzəriyyəsi idi. O, yarımkeçirici birləşmələrdə mənfi müqaviməti tətqiq etmişdir və tranzistorun kəşfindən 25 il əvvəl ilk bərk vəziyyətli gücləndiricilər, siqnal generatorları və superheterodin radioqəbuledicilərin hazırlanması və gücləndirmə üçün praktiki olaraq onlardan istifadə bir ilk idi. Lakin onun nailiyyətləri diqqətdən kənarda qalıb və XX əsrin sonları XXI əsrin əvvəllərində tanınmamışdan əvvəl təxminən yarım əsr müddətində Oleq Losevin bütün bu işləri naməlum qalıb.
Rusiya radio həvəskarları ittifaqının Nijni Novqorod bölməsi «O.V.Losev - zamanı qabaqlamış alim!» () diplomunu təsis edib.О. В. Лосев — учёный, опередивший время! Радиолюбительский диплом.
İstinadlar
Xarici keçidlər
İşıq relesi və Oleq Losevin digər patentləri
Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Rusiya fizikləri Kateqoriya:Rusiya ixtiraçıları Kateqoriya:Rusiyalı elektrik mühəndisləri Kateqoriya:SSRİ ixtiraçıları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Fizika-riyaziyyat elmləri namizədləri