London pivə seli () — 17 oktyabr 1814-cü ildə İngiltərənin London şəhərinin Sent-Eqidi prixodunda baş vermiş tragikomik faciə. Totenhem-Kort-Roadda yerləşən "Meux and Company" pivə zavodunda bir pivə sisternin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu. Nəticədə isə 1470 m³-dan çox pivə küçələrə dağılmış və ağlasığmaz dağıntılar meydana gətirmişdi. Pivə dalğası iki evi dağıtmışdır. "Tavistock Arms" barının divarını çökməsi nəticəsində Elanor Kuper adlı gənc işçi dağıntılar altında qalmışdır.London Beer Flood at Expages.com (archived version)

Bir neçə dəqiqə ərzində Corc Strit və Nyu-Striti alkaqol basmış, nəticədə bu zaman çay içən ana və qızı ölmüşdürlər.

Tarixi Pivə zavodu Sent-Eqidinin kasıblar yaşayan məhəlləsinin mənzillərinin arasında yerləşirdi. Burada ailələrin hamısı zirzəmi evlərdə yaşayırdılar. Faciə nəticəsində azı səkkiz kişi boğulmuş və ya aldığı yaralardan ölmüşdür.

Pivə zavodu əvvəlcə məhkəməyə verilsə də, sonda hadisənin məsuliyyəti heç kimin üzərinə qoyulmamışdır. Bütün çətinliklərə baxmayaraq, pivə zavodu fəaliyyətinə davam etmişdir.Industries: Brewing (British History Online) accessed 6 iyun 2016

Pivə zavodu 1922-ci ildə bağlanmış və hazırda onun yerində Dominion teatrı yerləşir. 2012-ci ildə "Holborn Whippet" adlı yerli meyxana bu hadisəni qeyd etməyə başlamışdır.

Pivədə boğulanların siyahısı Ad The Times (London), 19 October 1814 YaşEnn Sevill60Elanor Kuper 14Anna Bamfild 4Katerina Batler 65Elizabet Smit 27Meri Malvi 30Tomas Mörri 3Sara Beyts 3

İstinadlar

Həmçinin bax Böyük London yanğını

Xarici keçidlər "Beer Flood Claims Nine Souls" Alan Bellous, Damninteresting.com (28 sentyabr 2005) "A Brew to a Kill" Barbara Mikkelson tərəfindən, Snopes.com "1814 pivə seli", BBC

Kateqoriya:XIX əsr tarixi Kateqoriya:London tarixi Kateqoriya:1814-cü ildəki hadisələr Kateqoriya:17 oktyabrdakı hadisələr Kateqoriya:1814-cü ildə İngiltərə Kateqoriya:Pivə