— Yaponiya yazıçısı. "Sword Art Online" və "Accel World" ranobe və manqa seriyalarının müəllifi kimi tanınır. Hər iki ranobe əsasında anime serialları çəkilmişdir. Kavaharanın digər əsərləri arasında "The Isolator" və "Sword Art Online: Progressive" spin-off seriyası da var.

Karyerası Ən tanınmış əsəri "Sword Art Online" ranobesidir. "Sword Art Online" seriyasını ilk dəfə 2002-ci ildə təxəllüsü ilə veb-roman şəklində yayımlamışdır. Kavahara 2008-ci ildə "Accel World" ranobesi ilə 15-ci Dengeki Roman Mükafatı müsabiqəsinə qatılmış və romanı baş mükafatı qazanmışdır. "Accel World" ilk dəfə 10 fevral 2009-cu ildə ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti altında çap olunmuşdur. 10 oktyabr 2015-ci ilə kimi 19 cildi işıq üzü görmüşdür. 2012-ci ilin aprelində isə anime adaptasiyası çəkilmişdir. "Accel World" ranobesinin uğurundan sonra Kavahara "Sword Art Online" ranobesini çap etdirmişdir. 2024-cü ilin aprelinə qədər 28 cildi, "Sword Art Online: Progressive" spin-off seriyasının isə 9 cildi nəşr olunmuşdur. 2012-ci ilin iyulunda anime serialı yayımlanmağa başlamış və böyük alqış toplamışdır.

Kavahara 2022-ci ildə "Demons' Crest" adlı yeni ranobe seriyasını nəşr etdirməyə başlamışdır. 2025-ci ilin dekabrında manqa adaptasiyası anons edilmişdir.

İstinadlar

Xarici keçidlər Müsahibə 2013-cü ildə Anime News Network-ə verdiyi müsahibə

Ümumi

"Word Gear", köhnə bloqu "Word Gear", yeni bloqu

Kateqoriya:Yaponiya romançıları Kateqoriya:Qunma prefekturasında doğulanlar Kateqoriya:Ranobe yazıçıları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:XXI əsr yazıçıları