— Koşi Taçibana tərəfindən yazılmış və Tsunako tərəfindən illüstrasiya olunmuş ranobe seriyası. Ranobe seriyası 19 mart 2011-ci ildən 19 mart 2020-ci ilə qədər "Fujimi Shobo" nəşriyyatının "Dragon Magazine" jurnalında serializasiya olunmuşdur. Ranobenin 22 cildi buraxılmışdır. Ranobe seriyası əsasında beş manqa adaptasiyası hazırlanmışdır. Beş mövsümdən ibarət anime serialı adaptasiyası 2013–2024-cü illərdə buraxılmışdır.

Məzmun

Hadisələr təbiət fenomeni sayılan kosmik zəlzələnin Avrasiyanın mərkəzində inanılmaz dağıntılara və 150 milyon nəfərin ölümünə səbəb olması ilə başlayır. Növbəti 30 ildə kiçik miqyaslı kosmik zəlzələlər baş verir. İndiki vaxtda adi lisey tələbəsi olan Şido İtsuka baş verən kosmik zəlzələrin birində qəribə qızla rastlaşır. Şido ögey bacısı Kotoridən öyrənir ki, bu qız müxtəlif ölçülərdən gələn və "Ruhlar" adlandırılan varlıqlardan biridir. Yer üzündə baş verən kosmik zəlzələlərin səbəbi Ruhlardır: hər hansı Ruh bu dünyaya gələndə kosmik zəlzələyə səbəb olur. Şido dahi sinif yoldaşı Oriqami Tobiiçinin Ruhları məhv etmək üçün nəzərdə tutulmuş AntiRuh Komandasının (ARK) üzvü olduğu və valideynlərinin kosmik zəlzələdə öldüklərini aşkarlayır. Şido həmçinin ögey bacısı Kotorinin "Ratatoskr" adlı təşkilata məxsus "Fraxinus" adlı hava gəmisinin komandiri olduğunu öyrənir. Şido Ruhların güclərini möhürləmək və bəşəriyyətin təhlükəsizliyini təmin etmək üçün təşkilata cəlb olunur. Ruhların güclərini möhürləmək üçün isə Ruhları görüşə çıxarmalı, özünə aşiq etməli və onları öpməlidir.

Media

Ranobe

"Date A Live" Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyasıdır. İlk cildi 19 mart 2011-ci ildə Fujimi Shobo nəşriyyatının Fujimi Fantasia Bunko imprinti altında nəşr olunmuşdur. İndiyə kimi Yaponiyada 20 cildi çapdan çıxmışdır.

Spin-off ranobe seriyası və Tsunakonun işlərindən ibarət artbuk anons edilmişdir.

Manqa Ringo-nun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 16 aprel 2012-ci ildə nəşr olunmağa başlamışdır. Ringo-nun səhhətindəki problemlərə görə manqanın nəşri 6 fəsildən sonra dayandırılmışdır. Bu manqada ancaq Şidonun Toka ilə görüşü təsvir edilə bilmişdi.

"Shōnen Ace" jurnalının 2014-cü il yanvar buraxılışında Sekihiko İnuyun rəssamlığı ilə yeni manqa adaptasiyasının serializasiyasına başlanılmışdır. Üçüncü cildin bu manqanın sonuncu cildi olacağı açıqlanmışdır.

Anime

Keytaro Motonaqanın rejissorluğu ilə Anime International Company tərəfindən 2013-cü ildə anime serialı çəkilmişdir. Serialın hər seriyası televiziyada yayımlanmazdan 1 həftə öncə Niconico-da aşağı keyfiyyətdə yayımlanmışdır. Birinci seriya 31 martda Niconico-da, 6 apreldə Tokyo MX kanalında göstərilmişdir. Sonuncu – 12-ci seriya Niconico-da 16 iyunda, Tokyo MX-də 22 iyunda yayımlanmışdır. Açılış mahnısı İori Nomizu, Misuzu Toqaşi, Kaori Sadohara və Misatodan ibarət "sweet ARMS" vokal qrupu tərəfindən ifa olunan mahnısıdır. Anime serialı üçün 4 bağlanış mahnısından istifadə olunmuşdur: Kayoko Tsumita, Risako Muray və Midori Tsukimiya tərəfindən ifa olunan "Hatsukoi Winding Road" mahnısı; İori Nomizu tərəfindən ifa olunan "Save The World" (), "Save My Heart" () və mahnılarıdır.

2014-cü ilin aprelində ikinci mövsüm yayımlanmağa başlamışdır. Açılış mahnısı sweet ARMS tərəfindən oxunan "Trust in You" (), bağlanış mahnısı isə Kaori Sadohara tərəfindən oxunan "Day to Story" mahnısıdır. İkinci mövsüm "Production IMS" studiyası tərəfindən istehsal olunmuşdur. Kadokawa ikinci mövsümün yayımlanmış bir seriyasını "Date A Live Encore" adlı qısa hekayə kolleksiyası ilə birlikdə 9 dekabr 2014-cü ildə buraxmışdır.

21 oktyabr 2017-ci ildə müəllif Koşi Taçibana rəsmi Twitter hesabında üçüncü mövsümü anons etmişdir. Üçüncü mövsüm 2019-cu ilin yanvarından martına kimi yayımlanmış və J.C.Staff tərəfindən istehsal olunmuşdur. Üçüncü mövsümün də rejissoru Keytaro Motonaqa, ssenaristi Hideki Şirane, bəstəkarı Qo Sakabe olmuşdur. Animenin açılış mahnısı "I Swear" sweet ARMS, bağlanış mahnısı "Last Promise" Eri Yamazaki tərəfindən ifa olunmuşdur. Anime Docomo Anime Store vasitəsilə də yayımlanmışdır. Crunchyroll da üçüncü mövsümü öz saytında buraxmışdır. Funimation isə üçüncü mövsümün ingiliscə dublajını istehsal etmişdir. AnimeLab üçüncü mövsümü Avstraliya və Yeni Zelandiya regionunda yayımlamışdır.

Anime serialı Funimation Entertainment tərəfindən Şimali Amerika, Madman Entertainment tərəfindən Avstralasiya regionu üçün lisenziyalaşdırılmışdır.

Film Anime serialının ikinci mövsümü başa çatar-çatmaz animenin rəsmi saytı Twitter hesabı vasitəsilə anime filmini anons etmişdir.

"Date A Live II" animesinin bir tədbirində çəkiliş heyəti filmin adlanacağını, premyerasının 22 avqust 2015-ci ildə baş tutacağını və ssenarisinin ranobenin müəllifi Koşi Taçibana tərəfindən yazılacağını üzə çıxarmışdır. Şido İtsuka personajının səsləndiricisi Nobunaqa Şimazaki adlı yeni personajın siluetini tanıtmışdır.2014-12-15, Date A Live Movie to Be All-New Work Next Summer , Anime News Network 10 apreldə keçirilən "Tokanın ad günü" adlı tədbirdə Mayurinin Sora Amamiya tərəfindən səsləndiriləcəyi təsdiq olunmuşdur.2015-04-11, Date A Live: Mayuri Judgement Film's Teaser, TV Ad Streamed , Anime News Network

Videooyun Compile Heart və Sting Entertainment tərəfindən istehsal olunmuş adlı videooyun 27 iyun 2013-cü ildə PlayStation 3 platforması üçün buraxılmışdır. Reklam videosu Anime Contents Expo 2013 sərgisində nümayiş etdirilmişdir. Oyunda Kana Hanazava tərəfindən səsləndirilən adlı orijinal personaj vardır. Oyunun PlayStation Vita versiyası 2015-ci ilin yayında buraxılmışdır, yeni personajlara və ssenarilərə malikdir.2014-12-19, Date A Live: Rinne Utopia coming to PS Vita , Gematsu adlı bir başqa oyunda isə Suzuko Mimori tərəfindən səsləndirilən adlı yeni personaja yer verilmişdir. Oyun 26 iyun 2014-cü ildə buraxılmışdır. "Famitsu" bu oyuna 30/40 xal vermişdir.2014-06-17, Famitsu Review Scores: Issue 1332 , Gematsu adlı üçüncü videooyun Compile Heart və Sting Entertainment tərəfindən istehsal olunmuş və 30 iyul 2015-ci ildə PlayStation Vita platforması üçün buraxılmışdır. Oyun yeni personahlara və ssenarilərə malikdir. Oyunda yer alan personajlar Yamay bacıları, Miku İzayoy, Rinne Sonoqami, Mariya Ars, Marina Ars, eləcə də, Ayane Sakura tərəfindən səsləndirilən adlı yeni personajdır. Bu oyunun reklam videosu Date A Fes II adlı tədbirdə yayımlanmışdır.

Compile Heart tərəfindən istehsal olunan adlı 4-cü videooyun 18 iyul 2019-cu ildə Yaponiyada buraxılacaq.

Qəbul 2015-ci ilin oktyabrına qədər ranobe seriyasının 4 milyon nüsxəsi satılmışdır.2015-10-20, Tachibana Koushi Twitter

Anime serialının birinci mövsümünün birinci cildi debüt həftəsində Oricon çartlarında Yaponiyadakı ən çox satan Blu-raylar siyahısında səkkizinci yerdə qərarlaşmışdı.2013-07-02, Japan's Animation Blu-ray Disc Ranking, June 24–30 , Anime News Network "Date A Live: Rinne Utopia" videooyununun 23.340 nüsxəsi buraxıldığı ilk həftədə satılmışdır.2013-07-03, Media Create Sales: 6/24/13 – 6/30/13 , Gematsu

12 iyun 2015-ci ildə animenin ikinci mövsümü Çin Mədəniyyət Nazirliyi tərəfindən Çində qadağan olunmuş 38 anime və manqa siyahısına düşmüşdür.

Qeydlər 2.Anime serialında görünməyib.

İstinadlar

Xarici keçidlər

Rəsmi Date A Live twitter hesabı Rəsmi Date A Live veb-saytı Rəsmi anime veb-saytı Rəsmi oyun veb-saytı İkinici oyunun rəsmi veb-saytı Vita oyununun rəsmi veb-saytı Date A Live Fujimi Shobo-da

Kateqoriya:2011-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2013-cü ilin anime serialları Kateqoriya:Yaponiya sevgi romanları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Anime International Company Kateqoriya:Antiutopik anime və manqalar Kateqoriya:Antiutopik romanlar Kateqoriya:Fujimi Fantasia Bunko Kateqoriya:Fujimi Shobo manqaları Kateqoriya:Funimation Kateqoriya:Harem anime və manqaları Kateqoriya:Maho-şoco anime və manqaları Kateqoriya:Production IMS Kateqoriya:J.C.Staff Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Elmi fentezi anime və manqaları Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:2019-cu ilin videooyunları Kateqoriya:2017-ci ilin videooyunları Kateqoriya:2015-ci ilin videooyunları Kateqoriya:2014-cü ilin videooyunları Kateqoriya:2013-cü ilin videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Kadokawa Dwango franşizləri Kateqoriya:Anime filmləri Kateqoriya:Şonen manqaları Kateqoriya:Seynen manqaları