() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Şimali Amerikanın qərb hissəsində, Alyaskadan Kaliforniyaya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerikanın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir. Qozaları silindrik, uzunluğu 5-10 sm, qalınlığı 2,5-3 sm, yetişənə qədər sarı-yaşıl, yetişdikdən sonra açıq-qonur rəngli olub, qabıqları nazik dişlidir. Toxumların uzunluğu 2-3,5 mm, açıq-qonur, ondan 4-5 dəfə iri, açıq-sarı qanadlıdır. Qozaları sentyabr-oktyabr aylarında yetişir. 500-800 il yaşayır. Avropada 1831-ci ildən məlumdur. Cavanlıqda illik boy artımı 10 sm qədər, böyüdükdə 30 sm-dir. Qışadavamlılığı yüksəkdir. Havanın rütubətinə və torpağa tələbkardır, müvəqqətisubasmış sahələrdə yaxşı inkişaf edir. Tüstüyə və qaza davamlıdır. Tək və qrup əkinlərində çox effektlidir. Sitxin küknarı 1792-ci ildə Arzibald Menzis tərəfindən aşkar olunmuşdur və geniç becərildiyinə baxmayaraq onun baş formalarının miqdarı azdır. Abşeronda yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni çəraitdə becərilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:30–34 ID olan Taksonbar