() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Vətəni Cənubi Albaniyadır, Yunanıstannın qərb hissəsində də rast gəlinir. Subalp bitkisidir, dəniz səviyyəsindən 800-dən 2000 m hündürlüyə qədər dağlarda bitir. Yaxşı drenajlı, kalsiumlu, bəzən bir az turş torpaqlara üstünlük verir. Hündürlüyü 30-35 m, gövdəsinin diametri 1,5-2 m, sıx, konusvarı, ağacdır. Cavan ağacların qabığı hamar, bozumtul, sonradan çıxıntılıdır. Cavan zoğları çılpaq, hamar, qırmızı və ya açıq-qonur, sonradan boz-qonurdur. Tumurcuqların uzunluğu 5-7 mm, eni 3-5 mm, yumurtavarı-konusvarı, küt və ya ucu biz, qatranlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 1,5-2,5 mm, zoğun ətrafında radius şəklində yerləşir, ucu biz, yuxarı tərəfdən zolaqları iynəyarpaqların yarısına qədər çatdığına görə iynəyarpaqları göyümtül, alt tərəfi iki ağ zolaqlıdır. Qozaları ensiz-silindrik, uzunluğu 8-16 sm, qalınlığı 2,5-3,8 (5) sm-dir. Toxum qabıqlarının uzunluğu 24 mm, eni 30-31 mm, yuxarı kənarı yumru, saplağı təxminən 8 mm-dir. Toxumları açıq-qonur, qanadı həmin rənglidir. Quraqlığa, yararlı iqlimi olan yerlərdə xəstəlik və zərərvericilərə davamlıdır. Abşeronda qışa çox davamlı deyil, ancaq qorunan yerlərdə becərilir. Yavaş böyüyür. Dendroloji kolleksiyalar üçün əhəmiyyətliidr.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1838-ci ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar