Porsuq (lat. Meles meles) — dələkimilər fəsiləsindən heyvan. Bədəninin uzunluğu 90 sm-dək, çəkisi 30 kq-dək olur. Beli və yanları gümüşü-boz rəngdədir. Bədəninin alt hissəsi qaramtıldır, başının yanlarında burnundan qulaqlarına qədər uzanan qara zolaqlar var. Avropa və Asiyanın qarışıq və tayqa meşələrində, steplərdə və yarımsəhralarda, həmçinin Azərbaycanda yayılmışdır. Yeraltı yuvalarda yaşayır. Şimal rayonlarında qışda fəallığı azalır və qış yuxusuna gedir, cənub rayonlarında isə bütün il boyu fəal olur. Bitki və heyvan mənşəli yemlərlə qidalanır. Piyinin müalicəvi xassəsi var.

Həmçinin bax Asiya porsuğu

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Dələlər Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Albaniya faunası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları