Epimenid (; ) — qədim yunan keşişi və qabaqgörəni, fəlsəfidən əvvəlki ənənənin nümayəndəsi, epik şair.
Həyatı Epimenid e.ə. VII əsrdə Kritdə yerləşən Fest şəhərində anadan olmuşdur. O, sonra Knossda yaşamışdır. Qədim əfsanələrdə o, tanrıların sevimlisi və falçı kimi təsvir olunur. Aristotelə görə o, gələcəyi proqnozlaşdırmırdı, əksinə qaranlıq keçmişi izah edirdi. Onun xüsusi kosmoqonik təlimi haqqında məlumat verilir. Epimenidə görə, iki ilk prinsip var idi – Hava və Gecə. Kilon üsyanından sonra afinalılar e.ə. 596-cı ildə Kilon lənətindən təmizlənmək istəyəndə Epimenidi təmizləyici qurbanlar verməyə dəvət etmişdilər.
İstinadlar
Kateqoriya:Qədim Yunanıstan şairləri Kateqoriya:Qədim yunan şairləri Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri