"Earth Song" () — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və gospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər.
Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür. Mahnı əksər Avropa ölkələrinin hit-paradlarında ilk beşliyə daxil olmuşdur. Böyük Britaniyada mahnı Maykl Ceksonun ən çox satılan sinqlı olmaqla yanaşı, 1995-ci ilin bir nömrəli yeni il sinqlı adını da almışdır. "Earth Song" ABŞ-də sinql kimi satışa çıxarılmamışdır. Bu mahnıdan sonra Cekson heyvanlar və təbiətin qorunması üçün çalışan təşkilat və birliklərin dəstəyini qazanmışdır.
Fon Bu mahnının çıxarılmasından əvvəl də Cekson sosial məzmunlu mahnılar ifa etmişdi. Kifayət qədər məşhurlaşdıqdan sonra, o, öz məşhurluğundan cəmiyyətin diqqətini müxtəlif sosial problemlərə yönəltmək üçün istifadə edirdi. 1985-ci ildə o, dünyanın və ABŞ–ın diqqətini Afrikadakı kasıblğa, insanların aclıqdan ölməsinə yönəltmək üçün Layonel Riçi ilə birgə "We Are the World" mahnısını yazmışdı. Mahnı bütün zamanların ən çox satılan sinqllarından biri olmuş, 20 milyon nüsxəylə satılaraq Afrikadakı qıtlığın aradan qaldırılması üçün milyonlarla dollar gəlir gətirmişdir. Bu həm də Ceksonun messenat kimi göründüyü ilk vaxtlar idi.Taraborrelli, p. 340–344 Ardınca Maykl "Man in the Mirror" mahnısının bütün gəlirini xeyriyyə məqsədilə istifadə etmişdir.Taraborrelli, p. 382 O, 1992-ci ildə "Heal the World Foundation" adlı xeyriyyə fondunun əsasın qoymuş və ifa etdiyi növbəti xeyriyyə mahnısını da bu cür adlandırmışdır.George, p. 45–46
Rayan Vaytın xəsətələnərək vəfat etməsindən sonra Cekson kütlənin diqqətini HIV/AIDS virusuna yoluxaraq dünyasını dəyişən milyonlarla insanların probleminə yönəltmiş, onun bu hərəkəti isə bəzi qalmaqallarla müşahidə olunmuşdur. O, Bill Klintonun inaqurasiya mərasimində çıxış etdikdən sonra, açıq bir şəkildə müraciət edərək HIV/AIDS virusundan əziyyət çəkənlərə kömək etməyə çağırmışdır. O, mərasimdə ifa etdiyi "Gone Too Soon" mahnısını "ağ ölüm"ün qurbanı olan insanlara həsr etdiyi bildirmişdir.
İstehsalı və musiqisi Maykl Cekson "Earth Song" mahnısınn sözlərini və musiqisini Avstriyada, qaldığı hoteldə yazmış, istehsal prosesində isə ona David Foster və Bill Bottrell kömək etmişdir.Jackson, Michael. HIStory booklet. Sony BMG. p 36 Mahnıda arxa vokal səslər "Andrae Crouch's Choir" və Maykl Cekson tərəfindən ifa edilmiş, getdikcə mahnının sonuna yaxın Maykl solo ifanı dayandırır və arxa səslər əsas səs kimi mahnını yekunlaşdırır. İşə başlayarkən, Ceksonun məqsədi sadə musiqisi, lakin asan anlaşılan dərin mənalı sözləri olan mahnı yazmaq olmuşdur. Elə bir mahnı ki, ingilis dilini bilməyən fanatlar da asanlıqla anlasın və birgə ifa də bilsin. O, mahnıda emosional şəkildə bir mesaj göndərmişdir. "Earth Song" özündə bluz, gospel və opera elementlərini birləşdirən bir balladadır. Sosial məzmuna malik olan mahnıda Cekson, müharibələr və insanın digər dağıdıcı fəaliyyəti nəticəsində təbiətə vurulan zərbələrin aradan qaldırılması üçün Allaha yalvarır.
Personal Musiqi, Sözlər və arxa vokal səslər Maykl Cekson Prodüsser Maykl Cekson və Devid Foster Prodüsser köməkçisi Bill Bottrell Xor ifa Andrae Crouch's Choir Fortepiano: Devid Peyç Bass gitar: Qay Pratt Sintezator: Stiv Porkaro
Çıxarılması
Tənqidçilərin münasibəti "Rolling Stone" dərgisindən Ceyms Hanter qeyd edir ki, "Slou operatik – bluz olan "Earth Song" özündə daşıdığı bütüm incə və ali duyğularla birgə ilk növbədə bir sülh şousunu xatırladır." "The Daily Collegian"dan Deepika Peddy mahnı haqqında fikrini ifadə edərkən bildirir ki, Ceksondan başqa birisi bu mahnını oxusaydı, mütlək onun böyük kommersiya gəlirlərini nəzərə alaraq albomun ən mühüm parçalarından biri kimi qabardardı. "Mercury News"dan Sen Couz mahnını "düzgün" və "iztirab dolu" adlandıraraq qeyd edir ki, Cekson yaradıcılığının ilk dövrlərndən etibarən mahnılar üzərində eksperiment aparmağı sevmişdir.
"The Philadelphia Inquirer" qeyd edir ki, mahnı "şəfalı, insanları dini əqidəyə səsləyən ritmik balladadır." "The Sacramento Bee"nin münasibəti isə çox müsbət olmuş, dərc edilən məqalədə Ceksonun vokal performansı "möhtəşəm" sözüylə ifadə edilmişdir."Rocky Mountain News"dan Maykl Mili yazdığı məqalənin sonunda qeyd edir ki, mahnı "himnvari" və "güclü dini əsər" xarakteri daşıyır. "Ledger-Enquirer" qeyd edir ki, "Earth Song" mahnısında Mayklın "incə, dramatic çağırışına, mahnının sonunda Andrae Crouch Choir layiqli cavab vermişdir." "Contra Costa Times"da mahnı "əsaslı parça və ciddi musiqi" adlandırılır, lakin eyni zamanda eyd edilir ki, mahnı "epik" xarakter daşıyır və "insanda duyğu qırıqlığı yaradır."
Maddi gəlir "Earth Song" Ceksonun Böyük Britaniyada ən çox satılan sinqlı olmaqla, bir milyon nüsxədən çox satış miqdarına malikdir. Mahnı bu səbəbdən Birləşmiş Krallıq hit-paradlarında birinci yerdə debüt etmiş, yeddi həftə öz yerini qorumuş, 1995-ci ilin dekabr ayında isə yerini U2 qrupuna vermişdir. Bu uğuruna görə mahnı "Christmas number one single" seçilmişdir. Birinci yeri tutmaqla yanaşı, eyni zamanda "Earth Song" "The Beatles" qrupunun 25 il öncə çıxardığı "Free as a Bird" mahnısının uğurunu da təkrar etmişdir. Artıq dekabr ayının əvvəllərində bukmeykerlər Ceksonun Bitlzı da geridə qoyması haqqında məlumat verməkdə idilər.
Mahnı eyni zamanda İspaniya və İsveçrədə də birinci yerə yüksəlmiş, əksər Avropa ölkələrində ilk beşliyə daxil olmuşdur. Mahnı Ceksonun Almaniyada "German Singles Chart" da birinci yerə yüksələn ilk mahnısı olmaqla yanaşı, öz mövqeyini beş həftə ərzində qorumuş və eyni zamanda almaniyada müğənninin ən çox uğur qazanan əsəri olmuşdur. Mahnı əksər ölkələrdə qazandığı uğura görə onuncu ən uğurlu pop ilahi kimi də tanınmışdır. Thanks to this, the song is the 10th most successful pop hymn ever in that country
ABŞ-də isə mahnı yalnız radiostansiyalarda səsləndirilmiş, "The Hot Dance Music/Club Play chart" hitparadına daxil olmuşdur. 2006-cı ildə mahnı 55-ci yerdə "Eurochart Hot 100 Singles" hit-paradında peyda olmuş, eyni zamanda Ceksonun 1980–1990-cı illər ərzində çıxardığı ən uğurlu 20 sinqlın toplandığı "Visionary: The Video Singles" toplusuna daxil edilmişdir.
Ekologiyaya xidmət Cekson heyvanların problemlərinə qarşı həssasiyyət göstərməsinə görə "Genesis Award: 1995 Doris Day Music Award" mükafatına layiq görülmüşdür. 2008 – c ildə "Nigeriya Exchange" müəllifi qeyd edirdi: ""Earth Song" insanların diqqətini onların fəaliyyətinə görə dünyanın məhv olmasına və ölümə sürüklənməsinə cəlb etmişdir."
Klipi right|thumb|200px|Maykl Ceksonun "Earth Song" mahnısına çəkilmiş klipdən təbiətin qorunması üçün çalışan təşkilatların bir çoxu əsas reklam materiallarından biri kimi istifadə edirlər Mahnı üçün çəkilmiş bahalı klipi rejissoru Nik Brant olmuşdur. Klip 1996-cı ildə "Le Film Fantastique: Best Video Award", 1995-ci ildə "Genesis Award: Doris Day Music Award" mükafatlarını qazanmış, 1997-ci ildə ən yaxşı qısa musiqili vido nominasiyasında Qremmi mükafatına layiq görülmüşdür. Klip ictimai məzmuna malik olub heyvanların məhv edilməsi, meşələrin qırılması, havanın zəhərləndirilməsi və müharibə səhnələri ilə zəngindir. Cüekson və müxtəlif millətlərdən olan insanlar klipdə birgə ruhani musiqi – "Earth Song" – un sədaları altında yalvararaq insanların günahının bağışlanmasını və törətdikləri xətaların geri qaytarılmasını xahiş edirlər. Xüsusi effektlərdən istifadə edərək zamanın həyatı geri qaytarması və insanın dünyaya vurduğu zədələrin bərpa olunması canlandırılır. Bununla da insan övladına yeni bir şans verilməsi nümayiş etdirilir. Klip "Heal the World Foundation" xeyriyyə fonduna bəxşişlər etmək çağırışı ilə yekunlaşır.George, p. 48–50Michael Jackson HIStory on Film volume II VHS/DVD Əksər ABŞ telekanalları klipi yayımlamaqdan imtina etmişlər. Klip ABŞ telekanallarında nadir hallarda göstərilir.
Klip dörd coğrafi regionda lentə alınıb. İlk məkan Amazon meşələri olub və klipin yekunlaşdırılmasından bir neçə həftə sonra həmin meşələrin böyük bir hissəsi həqiqətən də məhv edilib. Klipdə meşə sakinləri kimi aktyorlar yox, yerli sakinlər çəkilmişdir. İkinci məkan isə klipin çəkilişləri zamanı müharibənin getdiyi Xorvatiya olmuşdur. Bu məkanda Serbiyada doğulmuş məşhur Xorvatiya aktyoru Slobodan Dimitriyeviç çəkilmişdir. Üçüncü məkan isə, qanunsuz ovlanmalar nəticəsində bir çox heyvanların nəsli kəsilmək qarşısında olan Tanzaniya olmuşdur. Klipin çəkilməsi zamanı heç bir heyvana zərər yetirilməniş, klipdə yer alan öldürülən heyvan kadrları isə sənədli filmlərdən alınmışdır. Lakin klipin çəkilişlər zamanı filin yerli ovçular tərəfindən qanunsuz şəkildə öldürülməsi halı baş vermiş və bu da çəkilərək klipə salınmışdır. Sonuncu məkan isə Warwick, New York olmuşdur. Burada əvvəl sakit olan meşənin sonrdan qırılması və yandırılması səhnələri çəkilmişdir.
Mahnıya çəkilmiş klip HIStory on Film, Volume II, Number Ones və Michael Jackson's Vision toplularına da daxil edilmişdir.
BRIT mükafatı left|thumb|250px|Maykl Ceksonun HIStory konsert turu çərçivəsində Almaniyanın Münix şəhərində keçirilən konsertində "Earth Song" performansı 1996-cı ildə Cekson mahnını Böyük Britaniyada, BRIT mükafatlarının təqdimetmə mərasimində ifa etmişdir. O, həmin mərasimə "Yüzilliyin Ən Yaxşı İfaçısı" mükafatının təqdim edilməsi üçün dəvət edilmişdi. İfa zamanı, Maykl səhnədə mahnını oxuyarkən, birdən yerdən kran qalxmış və müğənnini xeyli yüksəyə qaldırmışdı. Maykl bu krannan bir il əvvəl "German TV"də Wetten Dass şousunda ifa zamanı da istifadə etmişdi. Mahnı xorda arxa səslər ifa edən ifaçılara o qədər təsir etmişdi ki, Maykl krannan enən kimi, onlar önə keçərək hamısı Mayklı qucaqlamağa başlamışdılar. Bundan sonra Pulp qrupunun rəhbəri, sərxoş Cervis Kuker icazəsiz səhnəyə çıxaraq müğənninin yanına qaçmış, onu qucaqlamağa çalışaraq, köynəyini yuxarı qaldırmış və guya tufa baş verirmiş kimi görüntü yaratmaq istəmişdir.
Həmin tədbirdə üç dəfə BRIT mükafatına layiq görülmüş Pulp qrupunun digər üzvləri də iştirak edirdi. Səhnədə baş verən xoşagəlməz hadisədən sonra, Kuker polis idarəsinə aparılaraq səhnədə olan bir neçə uşaq ifaçını əzdiyinə görə sorğulanmş, lakin onun heç bir pis məqsədi olmadığı müəyyən edildikdən sonra azad buraxılmışdır. Müğənni aıqlamasında bildirmişdir ki, bu performansı o qədər də uğurlu saymır, qeyd edilir ki, Cekson bu çıxışı ilə tamaşaçıların gözündə özünün Məsihə bənzər bir obrazın yaratmaq istəmiş və böyük maddi və mənəvi gücü vasitəsilə buna nail olmuşdur. Cekson Kukerin davranışını "iyrənc və qorxaq hərəkətlər" deyə tənqid etmişdir. Baş vermiş insident haqqında Şərqi Anqliya Universitetinin Poitologiya üzrə professoru Con Stritin "Politics and Popular Culture" əsərində də qeyd edilmişdir. O yazır: