Eretriya məktəbi — Sokrat ardıcılları tərəfindən yaradılan məktəblərdən biri idi. Bu məktəbi həm də Elida-Eretriya məktəbi də adlandırırlar, çünki o Elidada yaranmış, sonra isə Eritreyada fəaliyyətini davam etdirmişdir.
Eretriya məktəbinin fəlsəfəsi haqqında zamanımıza çox az məlumat çatmışdır. Ümumiyyətlə demək olar ki, bu məktəbin filosoflarının dünyagörüşü Meqara məktəbinin nümayəndələrinə yaxın idi. Meqaraçılar kimi eretriyaçılar da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər yoxdur. Xeyirlə Həqiqət eynilik təşkil edirlər. Xeyri yalnız ağılla dərk edib, ona yönəlmək olar.Элидо-Эритрейская школа // Античная философия: Энциклопедический словарь / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.
Məktəbin yaradıcıları Elidalı Fedon (yun. Φαίδων, m. ö. IV yüzillik) və Eretriyalı Menedem (yun. Μενέδημος, təxminən m. ö. 345 – 261) olmuşlar. Platonun məşhur dialoqlarının biri olan "Fedon" Elidalı Fedonun adını daşıyır. Fedon və Menedem haqqında bir neçə pərakəndə fraqmentlərdən başqa heç bir məlumat zamanımıza çatmamışdır.
Mənbə
Ədəbiyyat
Новая философская энциклопедия: в 4 т./ Ин-т философии РАН; Нац. обществ.-науч. фонд; Предс. научно-ред. совета В. С. Стёпин. — М.: Мысль, 2010.
Həmçinin bax Sokrat Sokratçı məktəblər
İstinadlar Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Fəlsəfi cərəyanlar Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi