My Youth Romantic Comedy Is Wrong, As I Expected, Yaponiyada tanınan adı ilə və ya digər adları ilə My Teen Romantic Comedy SNAFU, , — Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılan ranobe seriyası.

Ranobe seriyası əsasında üç manqa adaptasiyası və dörd antologiya cildi istehsal olunmuşdur. Brain's Base studiyası tərəfindən istehsal olunmuş anime serialı 4 apreldən 27 iyun 2013-cü ilə kimi yayımlanmışdır. Animenin ikinci mövsümü isə Feel studiyası tərəfindən çəkilmiş və 2 apreldən 25 iyun 2015-ci ilə kimi nümayiş etdirilmişdir. 5pb. şirkəti tərəfindən istehsal olunmuş "Yahari Game demo Ore no Seishun Rabu Kome wa Machigatteiru." adlı videooyun 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Eyni şirkət tərəfindən istehsal olunmuş ikinci videooyun isə 27 oktyabr 2016-cı ildə buraxılmışdır.

Məzmun Sobu liseyində təhsil alan Hikiqaya Haçiman olduqca problemli şəxsiyyətə malik bir tələbədir. Haçiman gəncliyin bir aldatmaca olduğunu düşünür və həmişə ətrafındakı insanlarla dost olmaqdan qaçınmağa çalışır. Haçimana doğru yolu göstərməyə çalışan müəllimi Hiratsuka Şizuka onu liseyin xidmət klubuna daxil olmağa məcbur edir və Haçiman istəmədən klubun üzvü olur. Klubda onunla tamamilə fərqli ideyaları paylaşan, lakin onun kimi heç bir dostu olmayan, liseyin gözəl qızı Yukino Yukinoşita ilə tanış olur. Tezliklə onlara gülərüz və səmimi şəxsiyyətə malik, lakin insanlarla ünsiyyət saxlamaqda çətinlik çəkən Yui Yuyqahama da qoşulur. Üçü birlikdə qarşılarına çıxan manelərin öhdəsindən gəlməyə başlayırlar.

Personajlar Əsas

2F sinfi

Digərləri

Media Ranobe Ranobe seriyası Ponkan8-in rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılır və Shogakukan nəşriyyatı tərəfindən Gagaga Bunko imprinti altında nəşr olunur. İlk cildi 18 mart 2011-ci ildə çapdan çıxmışdır və 20 aprel 2021-ci ilə kimi 14 cildi nəşr olunmuşdur.

3, 4, 7 və 8-ci cilddlər məhdud xüsusi nəşrlərlə birlikdə nəşr olunmuşdur. 3-cü və 7-ci cildlərin xüsusi nəşrləri dorama CD-ləri, 4-cü və 8-ci cildlərin xüsusi nəşrləri isə Ponkan8 və başqa rəssamlar tərəfindən hazırlanmış şəkilli kitablarla buraxılmışdır. 19 mart 2013-cü ildə ilk 7 cilddən ibarət set buraxılmışdır. 20 avqust 2013-cü ildə qısa hekayələr kolleksiyası (7,5-ci cild) nəşr olunmuşdur. Üç əlavə qısa cild — 6,25-ci, 6,50-ci və 6,75-ci cildlər uyğun olaraq anime serialının 1-ci, 3-cü və 5-ci DVD və BD cildlərinin məhdud nəşrləri ilə buraxılmışdır və 22 iyul 2014-cü ildə 6,5-ci cild adı ilə tək cild şəklində nəşr olunmuşdur. Bu cildin xüsusi nəşri Dram CD ilə buraxılmışdır. 18 mart 2015-ci ildə başqa bir qısa hekayələr kolleksiyası (10,5-ci cild) nəşr olunmuşdur.

Cild siyahısı

Dram CD

Manqa

Anime

Ay Yoşimuranın rejissorluğu ilə Brain's Base studiyası tərəfindən istehsal olunmuş 13 seriyalıq anime serialı 4 apreldən 20 iyun 2013-cü ilə kimi nümayiş etdirilmişdir. Anime Crunchyroll vasitəsilə də yayımlanmışdır. 19 sentyabr 2013-cü ildə birinci oyun adaptasiyasının məhdud nəşri ilə birlikdə OVA seriyası buraxılmışdır. Animenin açılış mahnısı Naqi Yanaqi tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı Saori Hayami və Nao Toyama tərəfindən ifa olunan "Hello Alone" mahnısı olmuşdur. Anime Senati Filmworks tərəfindən Şimali Amerikada, Madman Entertainment tərəfindən Avstraliya və Yeni Zelandiyada lisenziyalaşdırılmışdır.

İkinci mövsüm Shogakukan tərəfindən 2014-cü ildə anons edilmişdir. "Yahari Ore no Seishun Love Come wa Machigatteiru. Zoku" adlı ikinci mövsüm Feel studiyası tərəfindən çəkilmişdir. Rejissor Key Oykava, personaj dizayneri Yuyçi Tanaka və bəstəkarı Şotaro Suqa olmuşdur. 2 apreldən 25 iyun 2015-ci ilə kimi yayımlanmışdır. Əsas açılış mahnısı Naqi Yanaqi tərəfindən ifa olunan mahnısıdır. Əsas bağlanış mahnısı isə Yukino Yukinoşita (Saori Hayami) və Yui Yuyqahama (Nao Toyama) tərəfindən ifa olunan mahnısıdır. İkinci mövsüm Sentai Filmworks tərəfindən lisenziyalaşdırılmışdır. adlı OVA 27 oktyabr 2016-cı ildə ikinci videooyun adaptasiyasının məhdud nəşri ilə birlikdə buraxılmışdır.

Videooyun 5pb. tərəfindən PlayStation Vita üçün adlı videooyun istehsal olunmuş və 19 sentyabr 2013-cü ildə buraxılmışdır. Takuya Equçi, Saori Hayami və Nao Toyama animedə olduğu kimi videooyunda da personajları səsləndirmişdirlər. Oyunun məhdud nəşri OVA seriyası ilə buraxılmışdır. 5pb. hazırda anime serialının ikinci mövsümünün əsasında PlayStation Vita üçün ikinci oyun üzərində işləyir. 27 oktyabr 2016-cı ildə buraxılması planlaşdırılır. Birinci oyunda olduğu kimi ikinci oyun da OVA seriyası ilə buraxılacaq. İkinci oyunun buraxılış tarixi kimi əvvəlcə 28 iyul 2016-cı il tarixi nəzərdə tutulmuş, lakin 14 iyun 2016-cı ildə 27 oktyabr 2016-cı ildə buraxılacağı anons edilmişdir. Bu oyunun orijinal bağlanış mahnısı Eri Sasaki tərəfindən ifa olunan "Be clear" mahnısıdır.

Qəbul "My Youth Romantic Comedy Is Wrong, As I Expected" ranobe seriyası 2014 və 2015-ci illərdə "Kono Light Novel ga Sugoi!" ranobe təlimat kitabçası tərəfindən keçirilmiş onlayn sorğularda ən yaxşı ranobe seriyası seçilmişdir. Haçiman Hikiqaya 2014 və 2015-ci illərdə ən yaxşı kişi personaj, Yukino Yukinoşita 2015-ci ildə ən yaxşı qadın personaj, seriyanın rəssamı Ponkan8 isə 2015-ci ildə ən yaxşı illüstrator seçilmişdir.

İstinadlar

Xarici keçidlər Ranobenin rəsmi saytı Animenin rəsmi saytı Videooyunun rəsmi saytı

Kateqoriya:2011-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2013-cü ilin manqaları Kateqoriya:2013-cü ilin anime serialları Kateqoriya:2013-cü ilin anime OVA-ları Kateqoriya:2013-cü ilin videooyunları Kateqoriya:2015-ci ilin anime serialları Kateqoriya:2016-cı ilin videooyunları Kateqoriya:2016-cı ilin anime OVA-ları Kateqoriya:Yaponiya sevgi romanları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Seynen manqaları Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Gündəlik həyat haqqında anime və manqalar Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Square Enix manqaları Kateqoriya:Shogakukan manqaları Kateqoriya:Brain's Base Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Sentai Filmworks Kateqoriya:Feel Kateqoriya:Gagaga Bunko Kateqoriya:Ichijinsha manqaları Kateqoriya:Gangan Comics manqaları Kateqoriya:NBCUniversal Entertainment Japan Kateqoriya:Tokyo Broadcasting System verilişləri Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Anime və manqalarda LGBT personajlar Kateqoriya:5pb.