— Şotaro Tokuno tərəfindən yazılmış və illüstrasiya olunmuş yonkoma manqa seriyası. 2013-cü ilin yanvarından 2021-ci ilin avqustuna qədər "Houbunsha" nəşriyyatının "Manga Time Kirara Carat" seynen manqası jurnalında serializasiya olunmuşdur. 4 iyul 2016-cı ildən 26 sentyabr 2017-ci ilə kimi "Doga Kobo" tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır. 2017-ci ilin yanvarında "5pb." tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası buraxılmışdır.

Məzmun Uşaq ikən oynadığı "Fairies Story" videooyununun böyük fanatı olan Aoba Suzukaze liseydən məzun olduqdan sonra Eagle Jump videooyun şirkətində personaj dizayneri kimi işə başlayır. "Fairies Story 3" adlı yeni oyun üzərində işlədiklərini öyrənən Suzukaze hələ gənc olmasına baxmayaraq yeni dostlar qazanmağa və bacardığı qədər kömək etməyə çalışır.

Personajlar

Baş qəhrəmandır və liseydən yenicə məzun olaraq Eagle Jump şirkətinə personaj dizayneri kimi qatılır. Balaca boyuna görə onu tez-tez orta məktəb şagirdi ilə səhv salırlar.

Eagle Jump şirkətinin baş personaj dizayneridir. Vaxtının çoxunu ofisdə keçirir, hətta gecəni şirkətdə keçirir. Bir az sərt qadındır. 25 yaşı var. Aobaya personaj dizayneri olmağa ilham verən oyunun personaj dizayneri o olub.

Art direktor və arxa plan bölməsinin başçısıdır. Konun yaxın dostudur və onun da 25 yaşı var.

Personaj dizayneridir. Başqaları ilə ünsiyyət quranda utanır və e-mail vasitəsilə ünsiyyət saxlamağa üstünlük verir. Evində Sociro adlı kirpi saxlayır və kospley olmağı sevdiyini gizlədir.

Personaj dizayneridir. Bədheybətlərin dizaynı ilə məşğul olur və tez-tez qotik paltarlar geyinir. Özündən kiçik iki ögey bacı-qardaşı var.

Hərəkət dizayneridir. Sentayı çox sevir.

Proqramçıdır. Xətaları düzəldəndə əsəbləşir və soyadına görə utanır. Hərbi fanatdır, straykbol oynamağı çox sevir.

Aobanın liseydən yaxın rəfiqəsidir. Hazırda universitetdə təhsil alır. Yayda xəta axtarıcısı kimi Eagle Jump şirkətinə qatılır.

Oyun direktorudur. Şirin qızlara marağı olduğundan şirkətdə ancaq qızlar işləyir. Mozuku adlı pişiyi var.

Eagle Jump prodüseridir.

Hekayənin ikinci ilində şirkətə qatılan qrafik rəssamdır.

Hekayənin ikinci ilində şirkətə qatılan proqramçıdır.

Aoba və Nenenin liseydən dostudur. Liseydə incəsənət klubunun üzvü idi. Peşəkar illüstrator olmaq üçün təsviri incəsənət kollecində oxuyur.

Media

Manqa Şotaro Takuno tərəfindən hazırlanan orijinal manqa 28 yanvar 2013-cü ildən 27 avqust 2021-ci ilə qədər "Houbunsha" nəşriyyatının "Manga Time Kirara Carat" jurnalında nəşr olunmuşdur. Manqa seriyasının 13 tankobon cildi buraxılmışdır. "The Spinoff!" adlı beşinci cild əsas hadisələr üçün prikvel rolunu oynayır və 27 iyul 2016-cı ildə buraxılmışdır.

Cild siyahısı

Anime

4 iyul 2016-cı ildən Yaponiyada 12 seriyalıq anime adaptasiyası yayımlanır. Anime Crunchyroll vasitəsilə də nümayiş etdirilir. Doga Kobo studiyası tərəfindən istehsal olunan animenin rejissoru Yoşiyuki Fucivara, ssenaristi Fumihiko Şimo və personaj dizayneri Ay Kikuçidir. Anime serialının 28 sentyabr 2016-cı ildən 24 fevral 2017-ci ilə kimi buraxılmış 6 Blu-Ray/DVD cildinə OVA seriyası əlavə olunmuşdur. Animenin açılış mahnısı mahnısı, bağlanış mahnısı isə "Now Loading!!!" mahnısıdır. Hər iki mahnı Fourfolium seyyu qrupu (Yuuki Takada, Mequmi Yamaquçi, Ayumi Takeo və Mequmi Toda) tərəfindən ifa olunur.

"New Game!!" adlı ikinci mövsüm 11 iyul 2017-ci ildən 26 sentyabr 2017-ci ilə qədər yayımlanmışdır. Anime Crunchyroll vasitəsilə də lisenziyalaşdırılmışdır. İkinci mövsümün açılış və bağlanış mahnıları, uyğun olaraq, "Step by Step Up ↑↑↑↑" və "Jumpin' Jump Up!!!!" mahnılarıdır. Hər iki mahnı Fourfolium tərəfindən ifa olunmuşdur.

Videooyun 5pb. şirkəti tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası "New Game!: The Challenge Stage" 26 yanvar 2017-ci ildə PlayStation 4 və PlayStation Vita platformaları üçün buraxılmışdır. Vizual roman baş qəhrəman Aobanın Eagle Jump şirkətinə qatılmasından bir ay sonrasından bəhs edir. Oyunçular Aobanın parametrlərini də yüksəldə bilirlər. Oyunun məhdud nəşrini sifariş edənlər Aoba fiquru və orijinal saundtrek, öncədən sifariş edənlər isə dovşan kostyumu üçün DLC kodu əldə etmişdir.

Seriyanın personajları digər "Manga Time Kirara" personajları ilə birlikdə 2017-ci il istehsalı "Kirara Fantasia" mobil oyununda peyda olmuşdurlar.

İstinadlar

Xarici keçidlər Animenin rəsmi saytı

Kateqoriya:2013-cü ilin manqaları Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:2016-cı ilin anime OVA-ları Kateqoriya:2017-ci ilin videooyunları Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Houbunsha manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Doga Kobo Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Vizual romanlar Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:Anime və manqalara əsaslanan videooyunlar Kateqoriya:Yonkoma Kateqoriya:5pb. Kateqoriya:Kadokawa Dwango franşizləri Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları