Araqonlu Ketrin () () — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi.
Araqon kralı II Ferdinand və Kastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu.Weir 1991, p. 59. Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur.
Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi. Kral həm bu nikahın pozulması, həm də İngiltərə ilə Katolik kilsəsinin yollarını ayırmaq üçün yeni bəhanələr axtarmağa başladı. Papa VII Klement isə bu nikahı pozmaqdan imtina etdi. Bunun ardından dini məsələlər üzrə aliliyini elan edərək papanı tanımaqdan imtina etdi. 1533-cü ildə onların nikahı ləğv edildi və Kral VIII Henri papaya müraciət etmədən İngiltərə zadəganlarının qərarı ilə Anna Boleynlə evləndi. Ancaq Araqonlu Ketrin Kral VIII Henrini kilsə rəhbəri olaraq tanımadı və özünü İngiltərə kralının qanuni xanımı və İngiltərə kraliçası olaraq elan etdi. Bütün bunlara baxmayaraq VIII Henri kraliça ünvanını ondan aldı və Araqonlu Ketrin yalnızca Uels şahzadəsi olaraq anıldı. Məhkəmə qərarı ilə sürgün edilən Araqonlu Ketrin ömrünün geri qalanını Kimbolton Qəsrində keçirdi və 7 yanvar 1536 tarixində vəfat etdi.
Gənclik illəri Araqonlu Ketrin 16 dekabr 1485 tarixində Madrid yaxınlığındakı Arxiyepiskop Sarayında dünyaya gəlmişdir. O, Araqon kralı II Ferdinand və Kastilyalı İzabellanın həyatda qalan ən kiçik övladı idi.Lehman 2011, p. 283. Fiziki olaraq qısa boylu olan Ketrin uzun qızılı saçı və iri mavi gözləri ilə dövrünün ən gözəl qızlarından biri oldu.Fraser 1992, p. 24.Weir 1991, p. 15.thumb|11 yaşlı Araqonlu Ketrin|leftAraqonlu Ketrin Müqəddəs orden üzvü olan Alessandro Geraldinidən hesab, mülki hüquq, klassik ədəbiyyat, tarix, fəlsəfə və ilahiyyat üzrə dərslər aldı.Weir 1991, p. 20. Ömrünün geri qalanında önəmli rol oynayan Katolik dininin əsas təlimlərini uşaqlıq illərindən öyrənməyə başladı.Fraser 1992, p. 12. İspan, latın, fransız və yunan dillərində danışmağı öyrəndi.Dowling 1986, p. 17.
İlk evliliyi İngilis əsilli anası səbəbilə erkən yaşlarından bəri Uels şahzadəsi Artur Tüdora uyğun bir qadın olaraq görüldü. 19 may 1499 tarixində vəkalətən nikah bağlandı və toy mərasimi üçün tərəflərin həddi-buluğa çatmaları gözlənildi.Sanders & Low 1910, p. 235. Araqonlu Ketrin qaradərili nökərlərin müşayəti ilə Londona gətirildi.Goodwin 2008, p. 166. Bu qaradərililər İngiltərəyə gələn ilk afrikalılar idi. Bu cütlük 4 noyabr 1501 tarixində Hampshire əyalətindəki Dogmersfield Qəsrində bir araya gəldi.Starkey 2003, pp. 45–46.Tremlett 2010, p. 73. Cütlük bir-birilə latınca danışırdı ancaq müxtəlif tələffüz formaları ilə bağlı problem yaşanırdı.Fraser 1992, p. 25. 10 gün sonra, 14 noyabr 1501 tarixində cütlüyün toy mərasimi Müqəddəs Paul Kilsəsində keçirildi.Lehman 2011, p. 284. Bir-birləri haqqındakı ilk görüşləri yazılı qaynaqlarda qeyd edilmişdir. Belə ki, toy mərasiminin olduğu həftə Artur Tüdor öz ailəsinə yazdığı məktubda "gözəl gəlininin üzünə baxmğa doymadığını" qeyd etmişdir. Cehiz olaraq Araqonlu Ketrinə 200 min kron ödənilməli idi. Nikah əsnasında bu pulun yarısı ödənilsə də, geri qalanı gecikdirildi."Catherine of Aragon Timeline" . Historyonthenet.com. 15 October 2010. Retrieved 16 September 2013.thumb|Evlilik ərəfəsindəki Uels şahzadəsi Artur TüdorEvlilikdən qısa zaman sonra Artur Tüdor və gənc xanımı Uels Məclisini idarə etmək üçün Uesl sərhəddindəki Ludlow Qəsrinə göndərildi. Bir neçə ay sonra onların hər ikisi güman ki, o illərdə Avropada epidemik olaraq yayılan qızdırma xəstəliyinə tutuldu. Artur Tüdor 2 aprel 1502 tarixində məhz bu xəstəlikdən vəfat etdi. Araqonlu Ketrin isə xəstə yatağından duranda artıq dul qalmışdı.Lehman 2011, p. 285. Məhz bu vaxt VII Henri oğlunun nikahının yarım qaldığını iddia edərək nikah zamanı cehiz olaraq verilən 200 min kronun geri qalanını ödəməkdən boyun qaçırdı ancaq qarşı tərəfdən müsbət cavab almadı.Maria Elizabeth Budden (1841). True Stories from English History. Chronologically Arranged from the Invasion of the Romans to the Present Time. By a Mother, Author of "True Stories from Ancient History", "Modern History", Etc. 5th Ed … John Harris. p. 202. VII Henrinin qadını Yorklu Elizabetin vəfatının ardından, fevral 1503 tarixində VII Henri Araqonlu Ketrinlə özü evlənmək istədi. Ancaq dul xanımın atasının narazılığı və bağlanacaq nikahın Roma-Katolik kilsəsi tərəfindən qeyri-qanuni sayılması kralı bu fikirdən daşındırdı.J. Madison Davis (2012). The Shakespeare Name and Place Dictionary. Routledge. p. 266. ISBN 978-1-136-64035-3. Məsələni həll etmək üçün Ketrin özündən 5 yaş kiçik olan İngiltərə vəliəhdi və York hersoqu Henri Tüdorla evlənməli oldu. Bu əsnada Ketrinin anası Kastilyalı İzabella vəfat etdi. Kastiliya Araqon krallığından çox böyük idi və anasının vəfatından sonra krallıq Ketrinin əqli yerində olmayan bacısı Yuannaya miras qalmışdı. Nikahın bağlanması üçün Henri Tüdorun həddi-buluğa çatması gözlənildi ancaq nikahın gecikdirilməsində əsas səbəb II Ferdinandın hələ də ödənilməyən 100 min kron cehizi istəməsi idi. Bütün bu danışıqlar zamanı Ketrin Londondakı Durham Sarayında əsl məhbus həyatı yaşayırdı.Williams 1971, p. 15. Bu illərdə atasına yazdığı və vəziyyətinin yaxşı olmadığını bildirən məktublarının bəziləri hələ də qalmaqdadır. Bu məktublardan birində o atasına bu sözləri demişdir: "Mən inandığım yolu seçmişəm. Çünki göründüyüm qədər sadəlövh deyiləm".thumb|Araqonlu Ketrin, 1502-ci il"KHM Bilddatenbank — KHM Bilddatenbank". Bilddatenbank.khm.at. Retrieved 16 September 2013."KHM Bilddatenbank — KHM Bilddatenbank". Bilddatenbank.khm.at. Retrieved 16 September 2013.|leftOnun çox az pulu qalmışdı və İngiltərədə yaşayan özü kimi dul gənc xanımları dəstəkləməyə davam etdi. Bu əsnada — 1507-ci ildə o, Avropa tarixindəki ilk qadın səfir olaraq İspaniyanın İngiltərədəki səfiri seçildi. VII Henri və onun məclis üzvləri Ketrini siyasi düşüncəsi olmayan biri kimi tanıyırdılar ancaq bu belə olmadı.
Artur Tüdorun qardaşı ilə evlənməyi üçün Papa II Yulinin xüsusi icazəsi alınmalı idi. Çünki kilsə qanunu qardaşının dul qadını ilə evlənməyi qadağan edirdi.Canon law took this verse out of context, and Deuteronomy 25:5–10 requiredlevitrate marriage Araqonlu Ketrin Artur Tüdorla olan evliliyinin heç vaxt tamamlanmadığına şahidlik etdi. Çünki kilsə qanunlarına görə tamamlanmayan bir evlilik qanuni sayılmırdı. Yalnız bu yolla Araqonlu Ketrinlə Henri Tüdor evlənə bilərdi.Weir 1991, p. 34.Lehman 2011, p. 290.
İngiltərə kraliçalığı thumb|239x239px|VIII Henri və Araqonlu Ketrinin tacqoyma mərasimi Araqonlu Ketrinin ikinci nikahı Artur Tüdorun vəfatından 7 ay sonra — 11 iyun 1509 tarixində bağlandı.Lehman 2011, p. 287. Nikah zamanında Ketrinin 23 yaşı olsa da, VIII Henri hələ 18 yaşından kiçik idi.Eagles 2002, p. 194. 23 iyun 1509 şənbə günündə Vestminster sarayına gedən ənənəvi tacqoyma mərasimi alayı böyük və coşğulu izdihamla qarşılandı. Ənənələrə uyğun olaraq cütlük tacqoyma mərasimindən əvvəlki gecəni London qalasında keçirdi.
24 iyun 1509 tarixində VIII Henri və Araqonlu Ketrin ilahlaşdırıldı və Kanterburq Başyepiskopu tərəfindən hər ikisinə tac taxıldı. Tacqoyma mərasimi Vestminster sarayındakı ziyafətlə davam etdi. Tacqoyma mərasiminin şərəfinə Qüdrətli Hamam ordeni yaradıldı. Növbəti ay yeni İngiltərə kraliçası İngiltərə aristokratiyasına təqdim edildi.
Hamiləlikləri və övladları thumb|277x277px|Araqonlu Ketrin oğlan dünyaya gətirdiyi üçün keçirilən mərasim alayıAraqonlu Ketrin ikinci evliliyindən bir çox dəfə hamilə qalsa da, yalnız 6 dəfə uşaq dünyaya gətirə bildi:Lehman 2011, p. 288. avqust 1509 tarixində, nikahından 2 ay sonra Ketrinin ilk hamiləliyi elan edildi. 31 yanvar 1510 tarixində isə o, ölü bir qız uşağı dünyaya gətirdi. may 1510 tarixində Ketrinin ikinci hamiləliyi elan olundu. 1 yanvar 1511 tarixində Cornwall hersoqu Henri dünyaya gəldi. Onun şərəfinə London qalasından atəş açıldı, şəhərdəki kilsə zəngləri çalındı, dəniz fənərləri yandırıldı və əhaliyə pulsuz şərab paylandı. Doğumundan 5 gün sonra — 6 yanvar 1511 tarixində Şahzadə Henri Riçmond Sarayında xaç suyuna salındı və onun xaç atası Kanterburq Başyepiskopu oldu. 22 fevral 1511 tarixində hələ 52 günlük ikən, gənc vəliəhd anidən vəfat etdi. Vəfat səbəbi isə bağırsaq problemi olaraq qeyd edilir. 1513-cü ilin əvvəllərində Ketrinin yenidən hamilə olduğu açıqlandı.Rymer 1741, p. 48. 30 iyun 1513 tarixində Ketrin İngiltərə taxt naibəsi seçildi. Çünki Kral VIII Henri Fransaya yürüş təşkil etmişdi. noyabr 1513 tarixində o, vaxtından öncə bir oğlan uşağı dünyaya gətirdi. Ancaq uşaq doğumdan az sonra vəfat etdi və Vestminster qəbiristanlığında dəfn edildi. iyun 1514 tarixində Ketrinin dördüncü hamiləliyi elan olundu. 8 yanvar 1515 tarixində o ölü bir oğlan uşağı dünyaya gətirdi. 1515-ci ilin yayında Ketrin beşinci dəfə hamilə qaldı. Ancaq bu dəfə onun sağlam uşaq dünyaya gətirməyi güman edilmirdi. Araqonlu Ketrin 18 fevral 1516 tarixində Qrinviç Sarayında səhərə yaxın saat 4-də sağlam bir qız uşağı dünyaya gətirdi.Eagles 2002, p. 195. Uşağa Mariya Tüdor adı verildi və 21 fevral tarixində vəftiz olundu. Dünyaya gələn uşağın qız olmasından məyus olan VIII Henri Ketrinin sağlam uşaq dünyaya gətirməsindən ümidləndi və gələcəkdə oğul övladının olma ehtimalını düşündü. fevral 1518 tarixində Ketrinin altıncı hamiləliyi elan olundu. Mart ayında Oxforddakı Merton Kollecinə getdi və oğlan uşağı dünyaya gətirmək üçün Müqəddəs Frideswide məqbərəsini ziyarət etdi. 10 noyabr 1518 tarixində o bir qız uşağı dünyaya gətirdi ancaq uşaq o qədər cılız idi ki, yalnız bir neçə saat yaşaya bildi.
Kralın böyük qərarı left|thumb|Araqonlu Ketrinin həyatda qalan yeganə övladı Mariya Tüdor 1525-ci ildə VIII Henri Araqonlu Ketrinin nədimələrindən olan Anna Boleynlə gizlicə münasibət qurmağa başladı.Scarisbrick 1997, p. 154. Bu əsnada Araqonlu Ketrin hamilə qalmışdı. VIII Henri isə artıq bu evliliyin lənətli olduğuna inanmışdı və İncildən bu evliliyin qanuni olmadığı haqda bir sübut axtarmağa başladı.Catherine of Aragon Biography.Leviticus 20:21 Uzun danışıqlara baxmayaraq Roma-Katolik Kilsəsi bu nikahın pozulmasına razılıq vermədi. Kral isə Ketrinə rahibə olaraq kilsəyə qapanması üçün təkliflər edirdi. Ketrin isə cavabında; "Tanrı məni rahibə olaraq görmür. Mən kralın həqiqi və qanuni qadınıyam".Lacey 1972, p. 70.Brigden 2000, p. 114.Farquhar 2001, p. 61.
Nəhayət, kralın xüsusi katibi William Knight Papa VII Klementə bir məktub yazaraq vaxtilə Araqonlu Ketrinlə VIII Henrinin nikahını təsdiqləyən Papa II Yulinin verdiyi qanun və fərmanların kral tərəfindən qeyri-qanuni sayıldığını bəyan etdi.