() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Meksikanın dağlıq bölgələridir, burada 300 ilə kimi yaşayır.
Botaniki xarakteristikası Hündürlüyü 30 m-ə çatan, piramidal-konusvarı çətirə malik ağacdır. Gövdəsi düz, qabığı qəhvəyi-qırmızımtıl rəngdə olub, pulcuqlar şəklində qopur. Zoğları nazik, göyümtül-yaşıl, uzunsov və sallaqdır. İynəyarpaqları bozumtul-yaşıl xırda, pulcuqvarıdır, uzunluğu 1,5–2 mm-dir, ucları sivriləşmiş və zoğlardan aralı dayanmışdır. Qozaları çoxsaylı, şarşəkilli, uzunluğu 1,5 sm-dir, rəngləri əvvəlcə mavi-yaşıl olur, sonra isə qonurlaşır, toxumları qanadcıqlıdır. Tezböyüyən, quraqlığı pis keçirən, soyuğa, qaza, tüstüyə davamlı, qüvvətli kök sisteminə malik, torpağa az tələbkar bitkidir. Toxumla çoxaldılan dekorativ ağacdır. Uzunömürlüdür, mədəni şəraitdə 1600-cü ildən becərilir. Sıra, qrup və tək əkinlərdə gözəl görünür. Bu sərvin iynəyarpaqlarından alınan efir yağından ağrıkəsici və antiseptik xüsusiyyətlərinə görə müalicə işində geniş istifadə edilir.
Azərbaycanda yayılması Abşeronda bir çox parklarda əkilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Meksika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər