Rus Pişiyi dili — dil Çukot Muxtar Dairəsi ərazisində, Klinovstryon buxtasını Anadır limanından ayırır.
Tarix Dil ilk dəfə 1651-ci ildə Semyon Dejnyov tərəfindən kəşf edilmiş bə adlandırılmışdır. Rus dənizçiləri Koşka sözünü dil mənasında işlədilirdi.
Fiziki-coğrafi xüsusiyyətləri Dil şimal-şərqdən cənub-qərbə 16 km məsafədə uzanır. Eni 2 km, hündürlüyü 2-3 metr arasında dəyişir.
Dil ərazisinin böyük hissəsi bataqlıqlaşmışdır. Güclü fırtınalar zamanı dalğalar onu bir sahiiindən digərinə keçirlər. Qabarmanın hündürlüyü bir metrdir.
Sıldırımlı sahil hissəsində Klinovstrom körfəzi yerləşir. Dilin qutaracağına yaxın Protoçnoe gölü yerləşir.
Təbiətin qorunması Dil Avtatkuul yasaqlığının tərkibinə daxildir. Burada Rusiyanın endemik quşları yuva qururБеликович А.В., Галанин А.В., Афонина О.М., Макарова И.И. Участок «Коса Русская Кошка» // Растительный мир особо охраняемых территорий Чукотки. — БСИ ДВО РАН. — Владивосток, 2006. — 260 с..
Antropogen təsir Daimi əhalisi yovdur. Burada b.e.ə V—XII əsrlərə aid balina ovçularının istifadə etdikləri gəmi və qayıqlarınn qalıqları aşkarlanmışdır
Dilin cənub qutaracağında naviqasiya mayakı fəaliyyətdədir. Bura Rusiya Sakit Okean Donanmasına tabedir. Burada cəmi beş işçi fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Kamçatka diyarının dilləri (coğrafiya) Kateqoriya:Berinq dənizi dilləri