Rorayma () — Braziliyanın şimalında yerləşən ştat. İnzibati mərkəzi Boa-Vista şəhəridir. Şimalda Venesuela, şərqdə Qayana və Para ştatı, cənuba isə Amazonas ştatı ilə sərhədə malikdir. Rorayma Braziliyanın ən şimalda yerləşən ştatıdır.

Rorayma adı ştat ərazisində yerləşən Rorayma dağına görə verilmişdir. Rorayma yerli hinduların dilində «yaşıl dağ» mənasını verir.

Coğrafiya Rorayma ştatının ərazisi öz növbəsində düzənlikdir. Buradan Amazon çayının iri qollarından biri olan Riu-Neqru çayı axır. Ştatın şimal sərhəsində Rorayma və Pakarayma dağları mövcuddur. Ekvator xətti ərazisindən keçir.

İqlimi ekvatorialdır. Şimal dağlıq hissəsi isə tropikdir. İki mövsüm hakimdir. Qış apreldən sentyabra, yay isə oktyabrdan marta qədər sürür. Tarixi Ştatın müasir ərazisi 1943-cü ildə Amazonas ştatından ayrılmışdır. İlk əvvəllər ayrılmış bölgə Riu-Branku adlanırdı. 1962-ci ildə ərazi çağdaş adını almışdır. Rorayma 1988-ci ildə Rorayma Braziliyada tam hüquqlu ştat statusu almışdır. İnzibati bölgü Ştat ərazisi 2 mezoregiona və 4 mikroregiona bölünür.

 Rayon (az.)Rayon (por.)Sahə, km²MezoregionMikroregion1 80px Altu-Aleqri Alto Alegre (Roraima) 26109,70 Şimali Rorayma Boa-Vista2 80px Amajari Amajari 28472 Şimali Rorayma Boa-Vista |- |3 | align="center" | 80px | Boa-Vista | Boa Vista (Roraima) | 5687 | Şimali Rorayma | Boa-Vista |- |4 | align="center" | 80px | Bonfin | Bonfim (Roraima) | 8095 | Şimali Rorayma | Nordesti-di-Rorayma |- |5 | align="center" | 80px | Kanta | Cantá | 7691 | Şimali Rorayma | Nordesti-di-Rorayma |- |6 | align="center" | 80px | Karakaray | Caracaraí | 47411 | Cənubi Rorayma | Karakaray |- |7 | align="center" | 80px | Karoebi | Caroebe | 12066 | Cənubi Rorayma | Sudesti-di-Rorayma |- |8 | align="center" | 80px | İrasena | Iracema (Roraima) | 14119 | Cənubi Rorayma | Karakaray |- |9 | align="center" | 80px | Mukajai | Mucajaí | 12751 | Cənubi Rorayma | Karakaray |- |10 | align="center" | 80px | Normandiya | Normandia (Roraima) | 6967 | Şimali Rorayma | Nordesti-di-Rorayma11 80px Pakarayma Pacaraima 8028 Şimali Rorayma Boa-Vista12 80px Roraynopolis Rorainópolis 33594 Cənubi Rorayma Sudesti-di-Rorayma13 80px San-Juan-da-Baliza São João da Baliza 4284 Cənubi Rorayma Sudesti-di-Rorayma14 San-Luis São Luís (Roraima) 1527 Cənubi Rorayma Sudesti-di-Rorayma15 80px Uyramutan Uiramutã 8066 Şimali Rorayma Nordesti-di-Rorayma

İqtisadiyyat Ştatda kənd təsərrüfatı və meşəçiliş inkişaf etdirilmişdir. Burada iri buynuzlu mal-qara saxlanılır. Ştat ərazisində çəltik, soya, qarğıdalı, maniok, pomidor, qarpız, ananas, banan, portağal yetişdirilir.

Rorayma ərazisində uran, dəmir, qızıl yataqları mövcuddur.

İstinadlar

Mənbə Vokruq sveta. Rorayma ştatı.

Kateqoriya:Rorayma Kateqoriya:1988-ci ildə yaranmış dövlətlər və ərazilər