10000 manatlıq əsginas — Azərbaycanda 1994–2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1994-cü ildə) dövriyyəyə buraxılmışdır.
Tarixi 10000 manatlıq əsginaslar yalnız bir dəfə – 1994-cü ildə Azərbaycan Milli Bankı tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən çap edilmişdirMilli pulun tarixi (FOTOLAR) . modern.az, 15.08.2011.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1994-cü ildə dövriyyəyə buraxılmış 10000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az .
Təsviri thumb|Əsginasın üzərində təsvir olunmuş Şirvanşahlar sarayının real vəziyyəti Əsginasın ön tərəfində Şirvanşahlar sarayının ümumi görünüşü təsvir olunmuşdurMüstəqillik dövrü pulları . azerbaijans.com (buna görə əsginas el arasında "şirvan" deyilir). Əsginasın arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri verilmişdir.
Ölçüləri 10000 manatlıq əsginasın ölçüləri 130×65 mm idiDövriyyədən çıxarılmış əskinaslar — AZM . cbar.az.
Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir.
Həmçinin bax Azərbaycan manatı
İstinadlar
Xarici keçidlər
Pul. preslib.az
Kateqoriya:Azərbaycan manatı Kateqoriya:Azərbaycan əsginasları Kateqoriya:1994-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:10000-lik əsginaslar