Aladağ — Adana ilinin ilçəsi.

Şərqində Kozan ilçəsi, cənubunda İmamoğlu və Qaraisalı ilçələri, qərbində Pozantı ilçəsi və şimalında Niğdə ilə Kayseri illəri vardır. Ərazisi 1.347 km² olub əhalisi 2008-ci il əhalinin siyahıyaalınma məlumatına görə 18.249 nəfərdir.

İlçənin inzibati mərkəzi Aladağ qəsəbəsidir. Əvvələr Karsantı adı ilə Qaraisalı ilçəsinə bağlı bir bucaq olan ilçə, 1987-ci ildə ilçə olmuşdur.Bilge Umar (1993). İlçənin şimal hissəsində Tavr Dağlarının Aladağlar adı ilə tanın qismi mövcuddur. İlçə də adını bu dağlardan almaqdadır. İlçə coğrafi baxımdan dağlıq bir ərazidə olduğundan kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. İlçə, 6360 saylı qanunla Böyükşəhər ilçə bələdiyyəsi statusuna malik olmuş, 31 məhəlləsi vardır.

Turizm baxımın ən məşhur yerləri; Akören Kilisəsi, Meydan Qalası, Ağacakisə Abidə Ağac, Simit Şəlaləsi, Eğner, Kapuzbaşı Şəlaləsi, Mazılıq Örən Qalası, Posyağbasan Qalası, Sandıqlı su ve Acı sudur.

Etimologiyası Aladağın keçmiş adı Karaköy olub 1973-cü ildə Karsantı olaraq dəyişdirilmişdir. Bura 1987-ci ildə ilçə mərkəzi olduqda bugünkü adı verilmişdir. Bu ad da Tavr Dağlarının Aladağlar adı ilə tanınan bölümündən götürülmüşdür.Ahmet Kenarlı (2004). "Şehrim! Antik dövrlərdə Kiçik Asiyada danışılan Luvi dilindən gəldiyi düşünülən Karsantı adı, Osmanlı İmperiyası qeydiyyatlarında Karsandı olaraq qeyd edilmişdir. Ayrıca Karaköy adından da bəhs edilməkdədir. "Dahiliye Mektubi Kalemi". 1894. s. dosya no: 191, gömlek no: 3.

Tarixi Qədim bir yaşayış yeri olduğu bilinən Aladağ, Xet, Roma və Bizans hakimiyyətlərinin ardından Səlcuqlular zamanında da yaşayış yeri olaraq istifadə edilmişdir. 1360-cı illərdə şəhər Ramazanoğulları Bəyliyinə, Yavuz Sultan Səlim zamanında da Osmanlı Dövlətinə daxil edilmişdir. 1973-cü ildə şəhərdə bələdiyyə qurulmuşdur. 1987-ci ildə eyniadlı ilçənin mərkəzi olmuşdur.

Əhalisi İl Ümumi Şəhər Kənd 1990"Türkiye İstatistik Kurumu 1990 genel nüfus sayımı verileri" 23.207 4.990 18.217 2000"Türkiye İstatistik Kurumu 2000 genel nüfus sayımı verileri" 23.579 6.674 16.905 2007 17.506 3.938 13.568 2008 18.249 4.556 13.693 2009 17.494 4.269 13.225 2010 17.169 4.139 13.030 2011 17.074 4.129 12.945 2012 16.951 4.224 12.727 2013 17.221 17.221 2014 17.113 17.113 2015 16.823 16.823

İstinadlar

Xarici keçidlər T. C. Aladağ Kaymakamlığı

Həmçinin bax

Kateqoriya:Adana ilinin ilçələri Kateqoriya:Adana Kateqoriya:Türkiyə şəhərləri