Autentifikasiya (yun. αὐθεντικός, ing. səs authentikos, "əsl, orijinal") hansısa varlığın (qurum, şəxs və ya sistemin) doğruladığı bir məlumat parçasının doğruluğunun təsdiq edilməsidir. Autentifikasiya vasitəsilə ikinci tərəf əmin olur ki, subyekt, doğrudan da, özünü qələmə vermiş şəxsdir. Autentifikasiya sözünün sinonimi kimi çox vaxt "həqiqiliyin yoxlanması" işlədilir.

Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər: bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik açar); sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu); özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s., yəni özünün biometrik xarakteristikalarını).

Həmçinin bax İnformatika İdentifikasiya

İstinadlar

Xarici keçidlər Password Management Best Practices. Password Policy Guidelines. General Information on Enterprise Authentication . Advanced Authentication Solutions as an alternative

Kateqoriya:Girişin idarə edilməsi mexanizmi Kateqoriya:Kriptoqrafiyanın tətbiqi Kateqoriya:Kimlik menecmenti

Kateqoriya:Kompüterlə girişin idarə edilməsi Kateqoriya:Notarius Kateqoriya:Qablaşdırma