— Type-Moon şirkətinin populyar "Fate" franşizi çərçivəsində Ototsuqu Konoenin rəssamlığı ilə Yuuyçiro Hiqaşide tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası alternativ Müqəddəs qədəh müharibəsindən bəhs edir. 2012-ci ilin dekabrından 2014-cü ilin dekabrına qədər Type-Moon tərəfindən 5 cildi buraxılmışdır. Akira İşidanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 iyun 2016-cı ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur. 2017-ci ildə A-1 Pictures tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır.
Məzmun
Hekayə "Fate/stay night" dünyasına paralel dünyada baş verir. Üçüncü Müqəddəs qədəh müharibəsinin keçirilməsindən sonra artıq Müqəddəs qədəh müharibələri keçirilmir, buna görə də "Fate/stay night" və "Fate/Zero"-dakı hadisələr baş vermir. Təxminən 2000-ci illərdə İqqdmillenniya adlı qrup Sehrbazlıq Assosiasiyasından ayrıldığını açıqlayır və Müqəddəs qədəhin nəzarətini ələ keçirir. Assosiasiya onları dayandırmaq üçün 50 sehrbaz göndərir, lakin bir nəfərdən başqa bütün sehrbazlar İqqdmillenniyanın Lanseri tərəfindən öldürülür. Sağ qalmış yeganə sehrbaz Müqəddəs qədəhin rezerv sistemini aktivləşdirə bilir və ümumilikdə 14 xidmətçinin çağırılmasına nail olur.
Nəticədə, Trifasda Böyük Müqəddəs qədəh müharibəsi başlayır. İqqdmillenniya tərəfindən çağırılmış 7 xidmətçi – Qara fraksiya və Sehrbazlıq Assosiasiyası tərəfindən çağırılmış 7 xidmətçi – Qırmızı fraksiya arasında Müqəddəs qədəh uğrunda mübarizə başlayır. Müharibənin gedişatına rəhbərlik etməsi üçün Müqəddəs qədəh Ruleri çağırır.
Media Ranobe Ranobe seriyası Ototsuqu Konoenin rəssamlığı ilə Yuuyçiro Hiqaşide tərəfindən yazılmışdır. Birinci cildi 29 dekabr 2012-ci ildə, ikinci cildi 16 avqust 2013-cü ildə, üçüncü cildi 29 dekabr 2013-cü ildə, dördüncü cildi 30 may 2014-cü ildə, beşinci və sonuncu cildi 30 dekabr 2014-cü ildə buraxılmışdır.
"Fate/Apocrypha" əslində istehsalı ləğv olunmuş onlayn oyun kimi təqdim olunmuşdur. Müxtəlif rəssamlar tərəfindən çəkilmiş personaj dizaynları "Fate/complete material IV Extra material" adlı materialda toplanmışdır. 2011-ci ilin noyabrında "Fate/Apocrypha", layihəsi anons edilmişdir və dekabrın əvvəlində Hiqaşide Twitter vasitəsilə "Fate/Apocrypha" adlı ranobe istehsal etdiyini təsdiqləmişdir. 15 dekabr 2011-ci ildə "Type-Moon Ace" jurnalının yeddinci cildində Hiqaşide tərəfindən birinci fəsil kimi yazılmış qısa hekayə nəşr olunmuşdur. Bir neçə hekayə elementi təqdim olunsa da, qısa hekayənin romanda təqdim olunmuş hekayənin son versiyası ilə əlaqəsi yox idi. Əvvəlcə 4 cildin buraxılması planlaşdırılsa da, 2 may 2014-cü ildə Hiqaşide beş cildin buraxılacağını açıqlamışdır. Ləğv olunmuş onlayn oyun layihəsi "Fate/Grand Order" adı ilə yenidən başladılmışdır.
Manqa Akira İşidanın rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 26 iyun 2016-cı ildən Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunur. 26 iyun 2016-cı ildə ilk cildi buraxılmışdır.
Anime
A-1 Pictures studiyası tərəfindən anime serialı adaptasiyası çəkilmişdir. Rejissoru Yoşiyuki Asay, ssenaristi Yuiçiro Hiqaşide, personaj dizayneri Yuri Yamada, bəstəkarı Masaru Yoyoyamadır.
Anime serialı 2 iyul 2017-ci ildən 30 dekabr 2017-ci ilə kimi yayımlanmışdır. Serial 25 seriya davam etmişdir. Anime Yaponiyada Netflix vasitəsilə yayımlanmışdır. İlk 12 seriyanın açılış mahnısı Egoist tərəfindən ifa olunan , bağlanış mahnısı Garnidelia tərəfindən ifa olunan "Désir" mahnıdır. Qalan seriyaların açılış mahnısı LiSA tərəfindən ifa olunan "Ash", bağlanış mahnısı Asca tərəfindən ifa olunan "Koe" mahnısıdır Anime serialının ilk 12 seriyası 7 noyabr 2017-ci ildə Netflix vasitəsilə Yaponiyadan xaricdə yayımlanmağa başlamışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2012-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:2017-ci ilin anime serialları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Seynen manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Fate/stay night Kateqoriya:Type-Moon Kateqoriya:Kadokawa Shoten manqaları Kateqoriya:A-1 Pictures Kateqoriya:Netflix orijinal animeləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Uydurmada Rumıniya Kateqoriya:Uydurmada ölüm oyunları Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Ekşn teleserialları