I Klement — 4-cü Roma papası olaraq bilinir. Bəzi mənbələrə görə "Clement of Rome, St." Cross, F. L. (ed.), The Oxford Dictionary of the Christian Church, (New York: Oxford University Press, 2005). 88-97-cu illər aralığında Roma Papası olaraq fəaliyyət göstərmişdir. İmperator Trayanın dövründə edam edilmiş və şəhidlik zirvəsinə ucalmışdır. +Papalıq hakimiyyətiSələfiXələfi88 - 97KletEvarist

Həyatı Papa Müqəddəss I Klement haqqında kifayət qədər məlumat tapılmamışdır. Papalığdan əvvəlki həyatına dair məlumatlar çox azdır. Papa Pyotr dövründə, Roma Yepiskopluğunu idarə etdiyinə dair sənədlər var. Chapman, John. "Pope St. Clement I." in The Catholic Encyclopedia 1908 Bu yepiskopluq dövründə, ona müqəddəs ünvanını uyğun görmüşdülər. Yepiskopluğ dövründə, xristianlığı uyğun bir dillə insanlara izah etmiş və insanlara xristianlığı sevdirmişdi. Bu səbəbdən xalq arasında tolerantlıq, sevgi və hörmət qazanmışdı.

Papa Pyotr, şəhid edilincə onun yerinə gələn 2 papa (Linus, Anakletus) vəzifəyə təyin olunmuşdu. Təxmin edilənlərin əksinə, onlara qarşı papa haqqı iddiasında olmayıb. Bu səbəbdən, papalar arasında ən səbirli və xoşgörüşlü papa olaraq bilinərdi.

Papalıq dövrü Anqlikan kilsəsi və Lüteran kilsəsi, ilk qurulduğu əsrlərdə papanı müqəddəs sayırdılar. Ortodokslar, 24 noyabr - 25 noyabr aralığında Papa I Klementin anım gününü qeyd edirlər. John Meyendorff, The Primacy of Peter: Essays in Ecclesiology and the Early Church (St Vladimir's Seminary Press, 1992), (səhifə 135–136)

Papa I Klement, yüksək kilsə vəzifəlilərinə yazdığı məşhur məktubunda yaşlılara yaxşı davranılmasını, yoxsullara kömək əlinin uzadılmasını, köməkləşmə və həmrəylik kimi bir sıra nəsihətlər etmişdir. Klement, papalar arasında ilk papa tacını və papalıq paltarlarını geyinməsi tanınan papa olmuşdur. Ondan sonra, papalar bu paltarları və tacı geyinirlər.

Ölümü Xristian düşmənliyi azalsa da Romada hələ davam edirdi. IV əsrdə yazılan bir sənədə əsasən Papa I Klement imperator Trayan dövründə gəmi ilə Taurikaya, Krıma sürgünə göndərilmişdir. Krıma çatanda bir daş ocağında işə yollanmışdır. Oradakı həbs-sürgünlərin susuzluq çəkdiyini görmüş və xəyalında "quzu" gördüyü bir təpədə olan yerə bir balta ilə vurub su çıxartmışdır. Bu hadisədən sonra orada yaşayanların çoxu xristianlığı qəbul etmişdilər. Bu səbəblə edama məhkum edilmiş və limanda olan bir gəmidə papa I Klementin boynuna gəmi çapasını dolayıb çapayı dənizə atmışdılar və I Klement beləcə öldürülmüşdür. Lakin bu sənəddən daha əvvəl yazılmış olan Xristian kilsəsinin ilk Dönəm tarixini yazan kitablarda (Yevsevi və Müqəddəss Yerom) bunu "Xristian şəhidlik" hekayəsi olaraq verilmir. Church History 3.4.10 "Clement ... was appointed third bishop of the church at Rome"

Həmçinin bax Papaların siyahısı Klet Evarist Papa Xrinstianlıq

İstinadlar

Xarici keçidlər Müqəddəs l Klement Britaniya Online Ensiklopediyasında Papa l Klemetin gördüyü işlər - İnternet arxivi

Kateqoriya:Papalar Kateqoriya:Kilsə ataları Kateqoriya:Pravoslav müqəddəsləri Kateqoriya:I əsr papaları Kateqoriya:İtalyan papalar Kateqoriya:Boğularaq edam edilən insanlar Kateqoriya:I əsr xristian müqəddəsləri Kateqoriya:Roma şəxsləri Kateqoriya:Anqlikan müqəddəsləri Kateqoriya:Qətl qurbanları Kateqoriya:I əsr xristian şəhidləri