Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi.

Həyatı Bayramlı Zəkulla Niftulla oğlu 04 sentyabr 1965-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur.

Təhsili 1972-1982-ci illərdə Qaravəlli kəndi orta məktəbində təhsil alıb. 1990-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsini Azərbaycan dili və Ədəbiyyyatı ixtisası üzrə bitirib. 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitututunda aspiranturanı oxuyub. 1994-cü ildə "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" mövzusu üzrə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.

Elmi-pedaqoji fəaliyyəti 1990-cı ildə Ağcabədi rayon Qaravəlli kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1994-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Klassik Azərbaycan Əbəbiyyatını tədris edib. 1994-1998-ci illərdə Azərbaycan Radiosunun "Xarici ölkələrə verlişlər" studiyasının Güney Azərbaycan şöbəsində redaktor, böyük redaktor vəzifəsində çalışıb.

Yaradıcılığı Klassik Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi; Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri təmaüllər; Füzuli yaradıcılığı və Şərq renessansı; Füzuli poeziyasının romantik özəllikləri; Füzuli poeziyası və Sufizm problemi; Füzuli nəsrinin sənətkarlıq xüsusiyyətləri.

Kitabları "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" (monoqrafiya), Bakı:Elm, 2010. Səni kimə deyim kimə söyləyim... (şeirlər), Bakı:Elm, 2015.

İstinadlar

Xarici keçidlər Zəkulla BAYRAMLI: Bağdaddan doğan şeir günəşi Bayramlı Zəkulla, Elmi məqalə Bayramlı Zəkulla, İtmiş səsin sorağında...

Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Filologiya üzrə fəlsəfə doktorları