Kamran Nəbizadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı . parliament.az deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

Həyatı Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.

1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "iqtisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.

1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.Gələcəklə bağlı çoxlu planlarım var. oxu.az

1998-ci ildən 2003-cü ilə qədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.

2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini "Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib.

2003–2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.

2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdürATƏT PA-da Lapşinlə bağlı erməni deputatın cavabı verildi. trend.az .

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə yaradılmış "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsinə təyin edilib.K. T. Nəbizadənin "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı president.az

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

2023-cü ilin sentyabr ayının 28-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilibAğırlıqqaldırma Federasiyasında prezident seçkiləri keçirilib president.az .

Ailəlidir, 3 övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidentləri