TransAsiya Hava Yolları reys 235 (GE235 / TNA235), TransAsiya Hava Yollarına aid ATR 72–600 tipli sərnişin təyyarəsinin Kinmen Havalimanına getmək üzrə 4 fevral 2015-ci il tarixində, Tayvanın paytaxtı Taybeydə olan Taybey Songşan Havalımanından havalanıb Kilung çayına düşməsi və 43 adamın həyatını itirməsi ilə nəticələnən aviasiya olayı. Qəza, təyyarədəki mühərriklərin birində problemin yaranması və pilotların digər mühərrikin qaz qolunu bağlamağı nəticəsində reallaşmışdı. ASC final report, (səhifə 146) 53 sərnişin və 5 ekipaj üzvü olmaqla cəmi 58 adam daşıyan təyyarədən 15 adam xilas ola bilmişdir. Təyyarə düşdüyü sırada çay üzərindəki körpüdə hərəkət edən bir taksiyə sağ qanadı ilə toqquşmuş və maşındakı 2 adam yaralanmışdı. "Taiwan plane crash: Pilot pulled wrong throttle, shut down engine". CBC News. The Associated Press. 2 July 2015. Qəza anı 3 fərqli kamera qeydə alınıb.
Təyyarə B-22816 quyruq nömrəsinə sahib olan ATR 72–600 tipli təyyarə, ilk uçuşunu 28 mart 2014-cü il tarixində reallaşmışdı. Şirkətə isə qəzadan on ay əvvəl 15 aprel 2014-cü il tarixində təslim edilmişdir. VIDEO: TransAsia ATR 72 crashed four minutes after take-off
Sərnişinlər və ekipaj Təyyarə 53 sərnişin və 5 ekipaj üzvü ilə birlikdə havalimanından ayrılmışdı. Təyyarədəki sərnişinlər arasında 31 Çinli (3-ü uşaq) və 22 Tayvanlı var idi. Kapitan pilot qəzaya qədər ümumi 14.000 saat, (6 Feb 2015). "CAA to block new TransAsia air routes" . Taipei Times. köməkçi pilot isə ümumi 4.000 saatlıq uçuş təcrübəsinə sahib idi. Pilotlardan hər ikisi də qəzada həyatını itirdilər. Qəzadan sonra pilotlardan Liao Cien-Tsungun cəsədi kokpitdə, ayaqları qırılmış bir halda iki əliylə təyyarənin idarə qolundan tutarkən tapılmışdı. "Hero pilot killed in Taiwan tragedy was Kiwi citizen" . The New Zealand Herald. 7 February 2015 Təyyarədəki sərnişinlər və ekipaj Milliyəti Sərnişinlər Ekipaj Ümumi 31 – 31 22 5 27 Ümumi 53 5 58
Qalereya
İstinadlar
Xarici keçidlər Qəza anı və xilasetmə səyləri.
Kateqoriya:2015-ci ildə Tayvan Kateqoriya:Tayvanda aviasiya hadisələri Kateqoriya:5 fevraldakı hadisələr