Sriviyaya FK — Cənubi Sumatra regiounun Palembanq şəhərini təmsil edən peşəkar İndoneziya futbol klubudur. Klub 1976-cı ildə təsis edilmişdir və hal-hazırda İndoneziya Futbol Çempionatı A-da mübarizə aparır. Sriviyaya klubu öz ev oyunlarını Gelora Sriviyaya Stadionunda keçirir.
2008-ci ildə Sriviyaya FK klubu bir ildə həm 2007-08 Liqa İndoneziya Premyer Çempionatı mövsümünün, həm də 2008 İndoneziya Kubokunun qalibi olmaqla İndoneziya futbolu tarixində bunu edən ilk futbol klubu olmuşdur. Klub 2009 və 2010-cu ildə İndoneziya Kubokunun qalibi olmaqla ardıcıl 3 mövsüm kubokun qalibi olan ilk klub olmuşdur.
Tarixi Klub 1976-cı ildə təsis edilmişdir. 2002-ci ildə klub öz bazasını Mərkəzi Yavada yerləşən Solo ərazisinə köçürtmüşdür. Bunun da səbəbi Persiyatim Solo FKA klubunun maliyyə böhranı ilə əlaqədar olaarq öz adını dəyişdirməsi olmuşdur. Amma Soloda maliyyə böhranı tez-tez baş veridi. Xoşbəxtlikdən 2004-cü ildə Cənubi Sumatra Hökuməti İndoneziyanın Futbol üzrə Yüksək Diviziyasında mübarizə aparmaq üçün Palembanq şəhərindən komanda istəyirdi. Onlar 2004 Milli Oyunlardan sonra Gelora Sriviyaya Stadionunda oynamaq istəmirdilər. Belə ki, onlar Persiyatimi almaq qərarına gəlmişdilər. Klub sonralar adını Sriviyaya FK olaraq dəyişdirərək Cənubi Sumatranın Palembanq şəhərinə köçdülər. Adı Sriviyaya İmperiyasının adı ilə adlandırılmışdır. İmperiya qədim zamanlarda əsas torpaqları idarə edən imperiya kimi tanınmışdır. Klub T Sriviyaya Optimis Mandiriyə məxsusdur.
2008-ci ildə Sriviyaya FK klubu bir ildə həm 2007-08 Liqa İndoneziya Premyer Çempionatı mövsümünün, həm də 2008 İndoneziya Kubokunun qalibi olmaqla İndoneziya futbolu tarixində bunu edən ilk futbol klubu olmuşdur. Bu iki titul klubun yarandığı gündən əldə etdikləri ilk titullar olmuşdur. Klub 2009 və 2010-cu ildə İndoneziya Kubokunun qalibi olmaqla ardıcıl 3 mövsüm kubokun qalibi olan ilk klub olmuşdur. Onlar 2011-12 İndoneziya Super Liqasını, eləcə də 2010 və 2012 İndoneziya İnter Adası Kubokunu qazana bilmişdilər.
Stadion 300px
Klub öz ev oyunlarını tamaşaçı tutumu 36000 nəfər olan Gelora Sriviyaya Stadionunda keçirir.
Loqosu Komandanın loqosunun üstündən çəkilən xətt xaçın bir neçə hissəsi mənasını verir. Birinci halqa birlik və dünya klublarının gücünü təsvir edir. Üzərində yazılan Sumatera Selatan sözləri klubun Cənubi Sumatra hökumətini təmsil etdiyini bildirir. Klubun sahibi də məhz bu hökumətdir. Bersatu Teguh ifadəsi isə klubun tərəfdarlarını və klubun ərazisini xarakterizə edir. Qarudanın şəkli gücü və birliyi ifadə edir. Əsas embleminin arxasında Dempo dağını və Ampera körpüsünü görmək olar. Hər ikisi Cənubi Sumatranın qürur və qətiyyəti kimi qiymətləndirilə bilər.
Tərəfdarları Onların tərəfdar qrupları S-Maniya, Sinqa Maniya və Sumselmaniya adlanır.
Sponsorlar
Sumsel Babel Bankı PT Bukit Asam PT TEL PGN PDPE Sumsel
Dəst təchizatçıları Reebok (2009–2010) SPECS (2011–2012) Joma (2012–indiyə kimi)
Oyunçular
Hal-hazırkı heyəti 18 sentyabr 2016-cı il məlumatlarına əsasən.
Bütün zamanların bombardirləri {| class="wikitable" |- !style="background-color:yellow; color:black;" scope=col|İl !style="background-color:yellow; color:black;" scope=col|Oyunçu !style="background-color:yellow; color:black;" scope=col|Oyun !style="background-color:yellow; color:black;" scope=col|Qol |- style="" |- | 2007–12 | Keyt Qumbs | 145 | 74 |- | 2008–09 | Klaude Parfait Nqon A Cam | 34 | 22 |- | 2007–10 | Zah Rahan Kranqar | 100 | 22 |- | 2011–13 | Hilton Moreyra | 45 | 27 |- | 2007–10 | Anoure Obiora Riçard | 91 | 21 |- | 2009, 2010–11 | Budi Sudarsono | 37 | 14
Baş məşqçilər Year Manager 2005 Erik Villiam 2005 Cenni Vardin 2005–2006 Suimin Diharya 2007–2010 Rahmad Darmavan 2010–2011 İvan Kolev 2011–2013 Kas Hartadi 2013–2014 Subanqkit 2014–2016 Benni Dollo 2016–İndiyə kimi Vidodo Çahyono Putro
Mənbə:
Uğurları
Milli Liqalar İndoneziya Super Liqası Çempion: 2011–12 Liqa İndoneziya Premyer Diviziyası Çempion: 2007–08
Milli Kuboklar İndoneziya Kuboku Çempion (3): 2008, 2009, 2010 İndoneziya Superkuboku Çempion: 2010 İkinci: 2009 İndoneziya İnter adaları Kuboku Çempion (2): 2010, 2012 Prezident Kuboku İkinci (1): 2015 Torabika Bayanqkara Kuboku Üçüncü yer (1): 2016
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İndoneziya futbol klubları Kateqoriya:Sriviyaya FK