Transilvaniya oteli 2, 2015 ABŞ 3D kompüter animasiya fentezi - komediya filmi. 2012-ci ildə hazırlanan Transilvaniya oteli filminin davamıdır.

Rejissorluğu Cenndi Tartakovskinin əlində olan filmin ssenarisini Adam Sendler və Robert Smiqel yazmışdır. Filmin əsas rollarını Mel Bruks, Adam Sendler, Selena Qomez, Stiv Buşemi, Kiqan-Maykl Key, Endi Semberq və Kevin Ceyms səsləndirir Məzmun Əvvəllər yalnız bədheybət qonaqları qəbul edən Transilvaniya Otelindəki ən yeni dəyişiklik qapılarını insan qonaqlara açmasıdır. Drakula isə böyük problemlə üzləşir. Yarı vampir yarı insan olan nəvəsi Dennis vampir xüsusiyyətlərini göstərmir. Meyvis ilə əri Conni, insan nəslindən gələn qohumlarına ziyarətə getdiklərində, Drak da bədheybət dostları ilə iş birliyi edər və nəvəsi Dennisi təhsil düşargəsinə aparmağa qərar verər. Bu təhsil əsnasında Drakulanın çox yaşlı atası Vlad, ziyarət üçün otelə gəlir. Vladın, kiçik nəvəsi vampir olmadığı və otelə insanların da otelə qəbul edildiyini gördüyündə işlər qarışmağa başlayır.

Səsləndirənlər Adam Sendler - Qraf Drakula Endi Semberq - Conatan Selena Qomez - Meyvis Eyşer Blinkoff - Dennis Kevin Ceyms - Frenk/Frenkenşteyn Stiv Buşemi - Ueyn Devid Speyd - Görünməz adam Qriffin Kiqan-Maykl Key - Mumiya Mürrey Mel Bruks - Vlad Fren Dreşer - Enays Molli Şennon - Vanda İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:Krossover filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Tətil filmləri Kateqoriya:Media Rights Capital filmləri Kateqoriya:Mumiya haqqında filmlər Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:ABŞ-nin tammetrajlı animasiya filmləri