Göy məscid ( Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri.Azərbaycan incəsənəti. Bakı: 2007 Архитектура средневековья
Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur.
Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir.
Tarixi thumb|200px|left|Təbrizdə baş verən zəlzələdən sonra Göy məscidin xarabalıqları XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir. Mərkəzi meydan – Sahibabad meydanı ətrafında inzibati, dini və ticarət binalarının gərgin tikintisi nəticəsində Təbrizin ümumi şəhər mərkəzi xeyli böyüyür və daha mütəşəkkil olur.
Böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi, yüksək təhsilli hakim və incəsənət hamisi olan Cahanşah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində şeirlər yazırdı. Cahanşahın tikdirdiyi çoxsaylı gözəl binalar sifarişçinin bədii fəallığını və incə zövqünü yaxşı əks etdirir. Bu abidələrin çoxunun adı türk alim–səyyahı Övliya Çələbinin (XVII əsr) kitabından bəllidir. O, Təbrizin ən yaxşı tikililərini sadalayaraq onlardan bir neçəsinin də adını çəkir – "Cahan şah imarəti", "Cahan şah hamamı", "Cahan şah karvansarası", "Cahan şah binası" – və qeyd edir ki, "Təbrizdə ən böyük mədrəsə Cahan şah mədrəsəsidir".Övliya Çələbi. Səyahətnamə. Bakı: 1993
Cahan şah dövrünün ən görkəmli abidəvi tikintisi 1467-ci ildə tamamlanmış Müzəffəriyyə memarlıq kompleksidir. Onun tərkibinə cümə məscidi, xanəgah, kitabxana, mədrəsə, türbə və digər tikililər daxil olmuşdur. Kompleksin qərb hissəsində isə Cahan şah hamamı yerləşmişdir. Bu nəhəng memarlıq kompleksindən dövrümüzə yalnız kompleksin baş tikilisi – memarlıq tarixinə Göy məscid adı ilə daxil olmuş əzəmətli cümə məscidi qalmışdır.
Müəllifləri Quran yazıları ilə örtülmüş və məscidin giriş baştağının dərin tağçasını dövrələyən "П" formalı çərçivə içərisindəki yazı Müzəffəriyyə kompleksinin tikilmə tarixini (870H. Q. 01.01.870–30.12.870 = M. 01.09.1465-21.08.1466) göstərməklə "Əqəl-əl–ibad (aciz qul) Neymətullah bin Məhəmməd əl–Bəvvab" sözləri ilə bitir. Blue Mosque, Tabriz Bir qrup araşdırmaçı bu yazıya əsaslanaraq güman edirlər ki, Göy məscidin inşaatçısı – memar Neymətullah Bəvvabdır.Cəfər Qiyasi. Təbrizin Göy məscidi. Qobustan, 1972, № 1 Lakin burda məsələni dolaşdıran odur ki, usta orta əsr abidələrinin inşaat epiqrafikalarının bir çoxunda olduğu kimi öz inşaat adını göstərməmişdir. Burda isə konkret halda Neymətullah Bəvvabın şəxsiyyətini və kimliyini bəzi orta əsr müəllifləri işıqlandırır. Lakin onların hamısı təbrizli Neymətullah Bəvvabı yalnız dövrün mahir xəttatı kimi təqdim edirlər. Məlumatlara görə bu sənətkar təkcə Müzəffəriyyə kompleksinin deyil, həm də Cahanşah Həqiqinin inşa etdirdiyi iri dövlət müəssisələrinin dekorativ yazılarını icra etmişdir.Azərbaycan incəsənəti. Bakı: 2007, səh. 241 Neymətullah Bəvvab memarlıq–tikinti fəaliyyəti göstərsəydi, bu fakt həmin müəlliflərin, xüsusilə Təbrizin memarlıq abidələrini geniş işıqlandıran Hüseyn Kərbəlayinin (XVI əsr) diqqətindən çətin yayınardı. XVI əsr müəllifi Qazi Əhməd öz risaləsində açıqca bildirmişdir ki, Müzəffəriyyə tikilisinin yazılarının "hamısı onun (Neymətullah Bəvvabın) xəttindəndir".
Göy məscidin müəllifinin şəxsiyyəti haqqında başqa, daha öncəki bir versiya da sənədli və elmi cəhətdən əsaslandırılmışdır. XX əsrin əvvəllərində alman alimi E. Dits Məşhəddəki Şah məscidini Təbrizin Göy məscidi ilə müqayisə edərək yazır: "Böyük inamla demək olar ki, bu iki abidə bir memara – Şah məscidinin kitabəsində adı olan Əhməd Təbriziyə məxsusdur". O, dövrün bir çox alimi kimi, E. Dits də yanlış olaraq Göy məscidin Şah məscidindən tez inşa edildiyini güman edir və belə bir fərziyyə irəli sürürdü ki, Əhməd Təbrizi gözəl Təbriz məscidini tikdikdən sonra məşhur memar olmuş və Məşhədə çağırılmışdır.
Lakin Cəfər Qiyasi qeyd edir ki, "aydın göründüyü kimi Göy məscidin yanında Şah məscidi təkcə ölçücə deyil (onun böyük günbəzinin diametri 6 metrdən bir az çoxdur), həm də memarlıq bədii keyfiyyətlərinə görə çox aşağıdır. Kiçik ölçülü Məşhəd məscidində Təbriz məscidinin parlaq xüsusiyyətləri – planın klassik ciddiliyi və dəqiq rəsmi, iç məkanın üzvi birliyi çatışmır. Göy məscid kimi nadir və mükəmməl tarixi–memarlıq abidəsini yaratdıqdan sonra memarın Şah məscidi kimi ortabab bir bina inşa etməsi isə inandırıcı deyil".
Tarixi gerçəklik olduğu kimi verildikdə belə (Göy məscid Şah məscidindən 14 il sonra ucaldılmışdır), bu abidələrin bədii ifadəliliyi arasındakı kəskin fərqi Əhməd Təbrizinin 14 illik yaradıcılıq təcrübəsinin və ustalığının artması ilə izah etmək çətindir. Göy məscidin Şah məscidinə nisbətən memarlıq–bədii səciyyəsi çox yüksəkdir. Bu abidələrin memarlıq–planlaşma həlli arasında olan oxşarlıq onların bir memarın yaradıcılıq səpkisinə deyil, bir memarlıq məktəbinin arealına aid olması ilə bağlıdır.
Özünün "Rouzat əl–cinan və cənnət əl cinan" (Cənnət bağları və cənnətlər cənnəti) əsərində Hafiz Hüseyn bildirir ki, Cahan şahın sevimli arvadı Xatunxan Bəyim saraya xüsusi çağırılmış hörmətli adamlar içərisində Müzəffəriyyə kompleksinin əsasını qoymaq üçün Küçəçi kəndindən Şeyxlər nəslindən olan Xacə Məhəmməd ibn Xacə Osmanı seçdi. XVI əsr müəllifi bildirir ki, "buna görə bu binanın əsasını o (Xacə Əli) qoydu. Deyirlər ki, onun planlaşdırmasına görə bu binanın çox yüksək bədii forması var".Hafiz Hüseyn. Rouzat əl–cinan və cənnət əl cinan. II cild, Tehran, 1343 Sonra, Təbriz yaxınlığındakı Lala kəndindən söz düşəndə Hafiz Hüseyn daha aydın yazır: "Xacə Əli tikinti ixtisasından tam xəbərdar olduğuna görə, o bu yerlərin binalarının çoxunu tikmiş və planlarını tərtib etmişdir". Bu sətirlər artıq şübhə yeri qoymur ki, bu iki keyfiyyətin bir şəxsdə birləşməsinə görə Xatunxan Bəyim onu iri Müzəffəriyyə kompleksinin tikintisinə başçılıq etmək üçün seçmişdir.
XX əsrin 70-ci illərində Göy məscidin "təmizlənməsi" və "bərpası" zamanı üstü yazılı kvadrat kaşı lövhə tapılmışdır. Onun üstündə qabarıq hərflərlə nəsx xətti ilə yazılmışdır: "Be sərkareye İzzətdin Qapuçi ibn Məlik". Beləliklə, Göy məscidin inşasına başçılıq edən mütəxəssislər müəyyənləşdirilmişdir: baş memar – Xacə Əli Küçəçi, monumentalist xəttat – Mövlanə Nemətullah Bəvvab və baş iş icraçısı – İzzətdin Qapuçi. Bu yüksək ixtisaslı yerli ustalar Təbriz memarlıq məktəbinin zəngin ənənələri mühitində, təsiri Azərbaycanın hüdudlarından kənara çıxan nadir memarlıq əsəri yaratmışlar.
Göy məscid – Yaşıl Cami paralelləri XX əsrin əvvəllərində türk alimi C. Ə. Ərsevən qeyd edir ki, "Təbrizdə sünni məscidinin (Göy məscidin) planı Bursadakı Yaşıl camini (1413–1421) çox xatırladır". Bu fikri sonralar bir çox alimlər də bölüşmüşlər. Cəfər Qiyasi isə qeyd edir ki, "istənilən memarlıq əsərinin, xüsusilə Göy məscid kimi epoxal tikintinin müəyyən memarlıq–bədii məktəbə şamil edilməsi onun genetik köklərinin və memarlıq planlaşma xarakteristikasının aydınlaşdırılmasını tələb edir. Konkret halda ancaq Yaşıl cami və Göy məscidin planlaşma quruluşunun təkamülünü izləmək, onları tutuşdurmaq yolu ilə Yaxın Şərqin bu məşhur abidələrinin – iki türk memarlıq nümunəsinin paralelliyini və özümlüyünü dəqiqləşdirmək olar".Cəfər Qiyasi. Təbriz Göy Məscidi. Qobustan, № 1, Bakı, 1974 left|200px|thumb|Cahanşah Həqiqinin Göy məsciddəki məzarı Bursadakı Yaşıl cami ilk osmanlı məscidlərinin ən yetkin örnəyi olub daha çox zaviyyə kimi tanınır və planı "T" formalıdır. Görkəmli türk araşdırmaçısı E. H. Ayverdinin "qanadlı cami" adlandırdığıEkrem Hakkı Ayverdi. Osmanlı Mimarisinin İlk Devri. İstanbul, 1989, səh 345 bu tip məscidlər Bursada XIV–XV yüzilliklərdə formalaşmışdır. Yan qanadları olan ilk məsciddə – Orxan camisində (1339) türk memarları birinci dəfə sadə fəndlərlə çoxsütunlu məscidin dağınıq planını yığcam planlaşma ilə əvəz etdilər. Onun düzbucaqlı ibadət salonu aralarında tağ olan və günbəzlə örtülü iki kvadrat hissədən ibarətdir. Vestibül və yan otaqlar salonun şimal hissəsi ətrafında simmetrik yerləşmişdir. Planın belə sadə qurulması özünü müəyyən iqtisadi və konstriktiv cəhətdən doğrultmuş, az vəsaitlə sütunlara bölünməyən xeyli böyük ibadət salonu əldə etməyə imkan vermişdir. Daha monumental formalarla həll edilmiş Yaşıl camidə də bu ideya gözlənilmişdir. Qanadlı Bursa məscidlərinin ibadət salonları əslində tağla birəşmiş planda kvadrat biçimli iki səlcuq məscididir. Təbriz zonasında isə belə uzunsov salonlar adətən tağ tavanla örtülürdü.
Cəfər Qiyasi qeyd edir ki, Göy məscid və Yaşıl caminin planlarının oxşarlığı ancaq onların "T" formalı ümumi biçimlərindədir. Hər bir məsciddə isə otaqların tərkibi və qruplaşması özümlü həll edilmişdir. Yaşıl Caminin plan quruluşunda funksional ayrılma kəskin bölgü və hər yerləşgənin izolə edilməsi yolu ilə aparılmışdır. Onun planının kompozisiyasını qapalı, funksional, sərbəst və bir–biri ilə dəhlizsiz birləşən otaqlar təşkil edir. Ondan fərqli olaraq Göy məsciddə bina içərisində məkanların salon sistemi ilə qruplaşması fəndi işlədilmişdir. Göy məscidin əsas hissəsi bir–birindən izolə edilməmiş yerləşgələrdən – mərkəzi günbəzli salon, onu üç tərəfdən dövrələyən qalereyalar və kiçik örtülü künc salonlardan ibarətdir. Bütün yerləşgələrin sıx qarşılıqlı əlaqəsi yolu ilə vahid məkan – salon əldə edilmişdir.
Göy məscidin iç məkanının üzvi bütövlüyünü nəzərə alan başqa bir türk alimi O. Aslanapa ona daha yaxın analogiya gətirərək östərmişdir ki, Vandakı böyük kərpic məscidin planını ancaq Təbrizin Göy məscidi ilə tutuşdurmaq olar. Araşdırmaçının müşahidəsinə görə, hər iki məsciddə "bütün məkanın sadə günbəz və tağlar sistemi ilə birləşdirilməsi heyrət doğurur".Aslanapa, O. "Anadolu Selçuklu Sanatı". I. Uluslararası Selçuklu Kültür ve Medeniyeti Kongresi, C: I, Konya, 2001 Cəfr Qiyasi isə qeyd edir ki, Cahan şahın atası, Qaraqoyunlu türk sülaləsinin banisi Qara Yusifin (1389–1400) hakimiyyəti dövründə inşa edilmiş Böyük Van Məscidi Təbriz memarlıq məktəbi arealına daxildir. Həcm–məkan quruluşunun təşkili və memarlıq dekorunun xarakterinə görə isə Van məscidi Mərənd və Urmiyanın cümə məscidlərinə yaxındır.
Memarlıq xüsusiyyətləri thumb|150px|left|Matrakçı Nasuhun "Təbriz" miniatüründə Göy məscidin təsviri Göy məscid, yaxud "Cahan şah məscidi" tikildikdən az sonra Təbrizin ən bəlli memarlıq abidəsi olub, bu günəcən çoxlu memar, səyyah və alimlərin diqqətini özünə çəkir. Göy məscidin iki əsas hissədən ibarət olan planı ox simmetriyalıdır. Onun düzbucaqlı hissəsini mərkəzi kvadrat salon (16,5 x 16,5), ona üç tərəfdən birləşən qalereyalar və iki künc salonu əmələ gətirir. Planda kvadrat biçimli olan üçüncü salon – Göy salon cənub tərəfdən mərkəzi salona bitişir və məscidin planına bütövlükdə "T" şəkilli biçim verir.