Polonski adası (, ) — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Ada inzibati cəhətdən Saxalin vilayəti Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adaya Yaponiya iddua edərək onu Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisi hesab edirКарта округа Нэмуро Administrative map of Japan (As of April 1, 2014) . Üstəlik yaponlar adanı Kuril adalarının deyil Habomai arxipelaqına daxil ada kimi qeyd edir. Ada İkinci Dünya müharibəsi sonucunda SSRİ tərəfindən ələ keçirilmişdir. Adı görkəmli rus tarixçisi, Sakit okeanda bir çox coğrafi kəşflərə imza atmış Aleksandr Polonski. şərəfinə adlandırılmışdır. Adanın səthi düzəndir. Maksimal hündürlüyü 16 metrdir. Üzəri ot bitkiləri ilə örtülüdür. Sahəsi 12 km² təşkil edir. Adada əhalisi olmayan yaşayış məntəqəsi vardır.
Şikotan adasından Şpanberq boğazı (22 km şimal-şərq), Zelyonı adasından Polonski boğazı (11 cənub-qərb) ilə ayrılır. Kunaşirdən isə ada Cənubi Kuril boğazı arırır. Polonski adasından 6 km cənub-şərqdə Oskolki adaları qərarlaşır. Sahilləri Losos, yengəclər, dəniz kələmi və s ilə zəngindir. Ada ərazisi dövlət əhəmiyyətli Kiçik Kuril yasaqlığı yerləşir. İstinadlar
Mənbə Polonski adası wikimapia.org saytında
Kateqoriya:Habomay adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Kiçik Kuril cərgəsi Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış adalar