Namiq Quliyev () — Azərbaycan şahmatçısı, qrosmeyster (2005). Üç dəfə Azərbaycan yığmasının tərkibində şahmat olimpiadalarında iştirak edib(1994, 2006, 2016).

Həyatı 1981–1989-cu illərdə Əlibala Şirinov adına Dünyamallar kənd orta məktəbi və Dünyamallar kənd 8-illik məktəbində, 1989–1991-ci illərdə isə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü 1 №-ли internat məktəbində (litsey) oxumuşdur. 1991–1996-cı illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil almışdır.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetində riyaziyyat üzrə olimpiadaların qalibi olmuşdur.

1999–2001-ci illərdə Dünyamallar kəndində, 2001–2003-cü illərdə isə Bakıda şahmat məktəbində məşqçi müəllim işləmişdir.

2003 ildən Fransada professional şahmatçı və şahmat üzrə məşqçi işləyir.

Naliyyətləri 2003-cü ildə Bischwiller-də keçirilən turnirdə birinci yeri tutub.

2005-ci ildə Béthune-də keçirilən turnirdə Oleg Korneev, Andrei Sokolov and Azər Mirzəyev ilə 1–4-cü yerləri bölüşüb.

2009-cu ildə Metz-də keçirilən turnirdə Friso Nijboer və Adam Horvath ilə 1–3-cü yerləri bölüşüb.

2010-cu ildə Malakoff-da keçirilən turnirdə Valentin Panbukchian və Vladimir Malaniuk ilə 1–3-cü yerləri bölüşüb.

2012-ci ilin yanvarında Cenevrədə keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.

İstinadlar

Xarici keçidlər

Namig Guliyev. Chess-DB.com Namig Guliyev. fide.com Namig Guliyev. chessgames.com

Kateqoriya:Azərbaycan şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat qrosmeysterləri