Əfə Yaqub Qaraxanlı (), Əli Candan (), Polad Ələmdar () — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir.
Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür.
Keçmişi Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur. Mehmet Qaraxanlı dövlətə əhəmiyyətli xidmətləri olmuş bir kəşfiyyatçı idi. Xüsusilə Aslan Akbəylə bir sıra uğurlu əməliyyatlarda yer almışdır. Ancaq ən sonuncu əməliyyatlarında var-dövlət qarşılığında İsrailə fələstinlilərin qaldığı bir qaçqın düşərgəsində silahların gizlədildiyini bəyan edərək vətəninə xəyanət etmişdir. Daha sonra İsrail həmin düşərgəni bombalamışdır. Elə həmin vaxt düşərgədə olan Aslan Akbəyin qardaşı və qardaşının nişanlısı ölmüşdür. Aslan bəy ya da ləqəbiylə Əmi () bunun intiqamını almaq üçün Qaraxanlının oğlu Əfə Yaqub Qaraxanlını qaçırmış və yetimlər evinə vermişdir. Atası Mehmet Qaraxanlı kimi asqırdığı vaxt 3 dəfə ard-arda asqırır. Bu sirri də təkcə Aslan Akbəy bilirdi. Ömər Candan və Nəzifə Candan adında bir cütlük yetimlər evindən övladlığa uşaq götürmək qərarına gəlir. Akbəy Əfə Yaqubun bu cütlüyə övladlığa verilməsini təmin etmişdir. Akbəyin məqsədi Əfə Yaqubu naməlum bir ailədə gizlədərək təkrar öz anası və atası tərəfindən tapılmasına mane olmaq idi. Ömər və Nəzifə Candan cütlüyü isə Əfə Yaquba Əli adını verir. Beləcə, Mehmet Karahanlının oğlu Əfə Yaqub Qaraxanlı Əli Candan olur. Əli Candan böyüyəndə Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirib diplomat olur. Əli Candan diplomat kimi görünsə də kəşfiyyatçı idi və Aslan Akbəyə xidmət edirdi. Əli Candan bir sıra Avropa ölkələrində uğurlu əməliyyatlarda iştirak etmişdir. Bir çox əməliyyatlarda Hikmət kod adını istifadə etmişdir.
Xarakteri Polad Ələmdar ingilis, fransız, ərəb, rus, və kürd dillərini yüksək səviyyədə danışa bilir. O, bütün silah və döyüş növləri üzrə profesionallaşmışdır. O, vətəninə sadiq və yaxınlarına bağlıdır. Vətəni və milləti mövzusunda heç bir halda güzəştə getməyən Polad ciddi bir personaj olduğu kimi, bir o qədər də duyğusaldır.
Filmlər və seriallar Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür.
Qurdlar Vadisində
Qurdlar Vadisi: Pusquda
Aktyor seçimi Seriyanın baş personajı olan Polad Ələmdar, Osman Sınavın yeni layihəsi eşidiləndə çoxları baş rolun Kənan İmirzalıoğlu olacağını düşünmüşdü, ancaq Sınav rol üçün Cenk Toruna təklif göndərdi, amma Cenk Torun rolu soruşmadan təklifi rədd etdi. Nəhayət Osman Sınav rol üçün aktyorluq təcrübəsi belə olmayan Necati Şaşmazı seçdi.
Ssenariya əsasən, seriyanın baş rol aktyorunun teleserialın ilk seriyasında yox, ikinci seriyasında üzünü dəyişdirərək seriyaya daxil olması qərarlaşdırıldı.
Səsləndirmə Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir.
Münasibət Bəzi iddialara görə, personaj Abdullah Çatlını təmsil edir, lakin filmin yaradıcıları bu iddianı nə rədd etmiş, nə də qəbul etmişdir.
Qurdlar Vadisi seriyasından təsirlənən bir ailə əkiz uşaqlarının adını Polad və Memati olaraq dəyişdirməyə qərar vermişdir. Məhkəmə Polad adına icazə verərkən, Memati adına icazə verməmişdir.
Qurdlar Vadisi serialının məşhurlaşması ilə cəmiyyətdə, xüsusilə tələbələr arasında rol modeli olaraq görülməyə başlanmışdır. Beynəlxalq Siyasi və Strateji Araşdırmalar Mərkəzinin Türkiyənin 17 ilində orta məktəb şagirdləri arasında keçirdiyi sorğuda "Özünüzə yetkin olaraq kimi nümunə götürürsünüz?" sualında Polad Ələmdar birinci sıraya çıxmışdır.
İstinadlar
Kateqoriya:Qurdlar Vadisi obrazları Kateqoriya:Uydurma Türkiyə personajları Kateqoriya:Kişi personajlar Kateqoriya:2003-cü ildə tanıdılan personajlar Kateqoriya:Uydurma kütləvi qatillər