Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb.

Həyatı Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib.

Afina Olimpiadası Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.

İstinadlar

Kateqoriya:1896 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1896 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib ABŞ idmançıları