Azərbaycan erməniləri — Azərbaycanda, Kürəkçay müqaviləsindən sonra yaşamağa başlayan etnik xalq.

Azərbaycanda ermənilərin az qala hamısı, Ermənistan tərəfindən işğal edilən və İkinci Qarabağ müharibəsinə kimi Ermənistanın nəzarətində qalan Azərbaycan ərazilərində — Dağlıq Qarabağ və Qarabağın ətrafında Azərbaycan ərazilərində və ona bitişik rayonlarda yaşayırdılar. İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan həmin əraziləri nəzarət altına almışdır. Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyən ermənilər buranı tərk edib. 20 sentyabr 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda separatçı erməni Dağlıq Qarabağ Respublikasına qarşı hərbi hücumunu dayandıran atəşkəs razılaşmasından sonra, ermənilər Dağlıq Qarabağı sentyabrın sonunda və oktyabrın əvvəllərində tərk edib. Hesablamalara görə, Dağlıq Qarabağda təxminən 50 erməni qalıb.

Həmçinin bax Ermənilərin Azərbaycana yerləşdirilməsi XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi Birinci Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi

İstinadlar

Kateqoriya:Qarabağ Kateqoriya:Ölkələrinə görə ermənilər Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Ermənistan tarixi