Böyük Kvirike (); I Kvirike (Şəki/Eretidə); III Kvirike (Kaxetidə) – ən geci 1032/1038-ci ildən Şəki-Kaxeti hökmdarı. 1010-cu ildən Kaxeti xorepiskopu. 1011-1014/15-vi illərdə III Baqratın əsiri olmuş, sonra yenidən Kaxetidə hakimiyyətini bərpa etmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi səhvən, Böyük Kvirikenin 1039-cu ildə öldüyünü və həmin ildə də Qagikin hakimiyyətə gəldiyini göstərir. Lakin əslində Böyük Kvirike Tiflisin 1037/1038-ci il mühasirəsi zamanı artıq həyatda yox idi.

Tarixi mənbələrdə ilk dəfə olaraq 1032 – 1037/38-ci illər arasında baş vermiş hadisənin təsvirində Kaxeti xorepiskopu III Kvirike “ranların və kaxların çarı” və “Böyük Kvirike” kimi təqdim olunur.

Erməni tarixçisi Vardan Arevelsi (Böyük Vardan) III Kvirikeni Albaniya çarı kimi tanıyır.

Tianetidə məşhur Bodoci sarayını tikdirmişdir.

“Kartli salnaməsi”nə görə o, ov zamanı hansısa osetin qul tərəfindən qətlə yetirilmişdir, səbəbi də bu imiş ki, hansısa döyüşdə osetin çarını öldürmüşdür.

alt=Coin of Kvirike III|thumb|Kvirikenin kəsdirdiyi sikkə. Nümuzmatikada Böyük Kvirikenin adı olan 3 sikkə məlumdur. Bunlar 2012-2013-cü illərdə – ikisi Çuxur Qəbələdə, biri isə Sisianda (Ermənistan) tapılmışdır. İslam nümuzmatik ənənələrinə uyğun olaraq sikkələrdə kəlmeyi-şəhadət, xəlifənin adı da həkk olunub. Ermənistanda tapılan sikkənin metal təlkibi 60 % gümüş, 40 %-i isə misdən ibarətdir. Sikkələrin bir üzündə Kvirikenin adı, titulu, atasının adı ərəb hərfləri ilə ərəb dilində üç sətrdə həkk olunub: əl məlik əl adil Abu-l Fadl K.rki bin Davud.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Kaxeti çarları Kateqoriya:XI əsr hökmdarları