Hişam Əl-Otaibi (1946 – 4 Yanvar 2017) — Küveytli siyasətçi. Əl-Otaibi 1998-ci ildən 1999-cu ilə qədər Küveytin Maliyyə və Sənaye naziri vəzifəsində çalışmışdır.
Əl-Otaibi 1946-cı ildə anadan olmuşdur. O, Oklahoma Universitetinin mühəndislik elminin bakalavr səviyyəsinə qədər yüksələ bilmişdir.
O, 1990-cı illərdə Küveyt Fond Birjasının Baş Direktoru vəzifəsində çalışmışdır. Sonralar Hişam Əl-Otaibi 1998-ci ildən 1999-cu ilə qədər Küveytin Maliyyə və Sənaye naziri vəzifəsində çalışmışdır. Bundan əlavə, Əl-Otaibi Küveytdə, Böyük Britaniyada bir sıra beynəlxalq firma və təşkilatların bir sıra vəzifələrində çalışmışdır. O cümlədən Küveyt Qazma Şirkətinin və Küveyt Beynəlxalq İnvestisiya Şirkətinin direktoru olmuşdur.
Hişam Əl-Otaibi 4 yanvar 2017-ci ildə 70 yaşında vəfat etmişdir.
İstinadlar
Kateqoriya:2017-ci ildə vəfat edənlər