Ni Hua (, ) — Çin şahmatçısı, qrosmeyster (2003).

Həyatı 2008-ci ilin aprelində Ni Hua və Bu Xiangzhi Wang Yue-dan sonra 2700 sərhəddini keçən növbəti şahmatçılar oldu.

2000-ci ildə İstanbulda Olimpiyada ilk çıxışını 9 oyundan 5.5 xal ilə bitirdi.

2004-cü il FİDE Dünya Çempionatında ilk turda Evgeny Vladimirov üzərində qələbə qazanır, lakin növbəti turda həmyerlisi Ye Jiangchuan-a məğlub olur.

2008-ci ilin may və iyun aylarında keçirilən Çin Çempionatında 11 oyundan 7.5 xal ilə çempion adını qazanır.

2009-cu ilin yanvarında ənənəvi Reggio Emilia şahmat turnirinin ilk Çinli qalibi kimi tarixə düşür.

2010-cu ilin aprel ayında Asiya Çempionatının qalibi olur.

2015-ci ildə 11 oyundan 10.5 xal ilə Avstraliya Açıq Çempionatında birinci yeri tutur.

İstinadlar

Xarici keçidlər

Ni Hua. Chess-DB.com Ni Hua. 365chess.com Ni Hua. fide.com Ni Hua. chessgames.com

Kateqoriya:Çin şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:2010 Asiya Oyunları medalçıları